Prezident İlham Əliyev Rusiyanın Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB

Prezident İlham Əliyev Rusiyanın Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
KONKRET.az xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu qeyd edərək, daha əvvəl əldə edilmiş razılıqların yerinə yetirilməsindən məmnunluğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinə toxunub və komissiyanın iclasında görülmüş işlərin nəzərdən keçiriləcəyinə, həmçinin ənənəvi əməkdaşlıq sahələrindən başqa potensial istiqamətlərin, o cümlədən ticarət və xidmətlərin həcminin daha da genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyinə, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı Aleksey Overçukun ölkəmizə səfəri zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyətinin və ilk növbədə, nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərinin müzakirə ediləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev bununla əlaqədar dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsinin tikildiyini və gələn il tikintinin tamamlanacağını bildirib. Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib.
Aleksey Overçuk Rusiya ilə Azərbaycan arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini məmnunluqla xatırladıb. Qonaq Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin önəmini vurğulayıb.
Görüşdə ticari-iqtisadi, nəqliyyat, tranzit, logistika, maliyyə, bank, energetika, neft-qaz sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
***
10:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Siyasi       Tarix: 27 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər valyuta mezenesi enson xeberler xeber.az