"Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb" - Elman Nəsirov

Prezident İlham Əliyevin indiyə qədər həyata keçirdiyi siyasətin əsas prioritetini dövlətin və xalqın maraqlarının qorunması təşkil edib. Milli maraqların qətiyyətlə müdafiəsi, ölkənin təhlükəsizliyinin və sabitliyinin təmin olunması, iqtisadi inkişafın davamlı şəkildə gücləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması dövlət başçısının fəaliyyətinin əsas istiqamətləridir. 
Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, güclü ordu quruculuğu və müstəqil xarici siyasət kursu Prezident İlham Əliyevin uğurlu liderliyinin göstəricisidir.
Elə Medianın İnkişafı Agentliyinin (MEDİA) apardığı sorğunun nəticələri də İlham Əliyevin uğurlu siyasətini bir daha ortaya qoyur. Sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.
Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiq edir. Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir.
Milli Məclisin deputatı Elman Nəsirov azxeber.com-a açıqlamasında deyib ki, Azərbaycan çətin, lakin şərəfli yolu seçib:
"Sorğunun nəticələrinə əsasən, əgər növbəti bazar günü ölkəmizdə prezident seçkiləri keçirilsəydi, seçicilərin 91,5 faizi məhz cənab İlham Əliyevi növbəti dəfə Prezident kürsüsündə görmək istəyərdi. Prezidentə olan etimad cənab İlham Əliyevin müstəqil siyasət həyata keçirməsi, xalqın milli maraqlarına söykənən siyasi kurs yürütməsidir. Prezidentin də qeyd etdiyi kimi, ən asanı hansısa böyük dövlətin və ya beynəlxalq təşkilatın qanadı altına sığınaraq fəaliyyət göstərməkdir. Lakin biz bu yolu seçmədik, çünki bu, təhlükəli yoldur. Dünyada heç nə qarşılıqsız deyil. Əgər hansısa qüvvələr səni öz qanadları altına alıb dəstək verirlərsə, deməli, sabah istədikləri zaman Azərbaycanı arzuolunmaz addımlara cəlb edə bilərlər.
Biz isə çətin, lakin şərəfli yolu seçdik. Bu yol müstəqillik yoludur. Müstəqil dövlətin maraqlarına uyğun siyasət formalaşdırmışıq. Bunun nəticəsində heç kimdən siyasi və ya maliyyə baxımından asılılığımız yoxdur".
Deputat deyib ki, İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu olduqca böyükdür:
"Bu gün Azərbaycan Prezidentinin beynəlxalq aləmdə nüfuzu olduqca böyükdür. Çünki son onilliklər ərzində heç bir dövlət liderinə nəsib olmayıb ki, pozulmuş ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etsin. Məhz Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində yenilməz Ordumuz Ali Baş Komandanın rəhbərliyi və "Dəmir yumruq" ətrafında sıx birləşmiş xalqımızın dəstəyi ilə tarix yazdı, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etdi. Bu tarixi qələbənin üç əsas qəhrəmanı var: Ali Baş Komandan cənab İlham Əliyev, onun formalaşdırdığı yenilməz ordu və "Dəmir yumruq" ətrafında birləşmiş Azərbaycan xalqı. O "Dəmir yumruq" həm xalqımızın birliyinin, həm də gücünün rəmzidir. Bu gün Prezident deyiləndə ordu, xalq yada düşür. Ordu deyiləndə Prezident və xalq yada düşür. Bu, tarixdə analoqu olmayan, unikal bir birlik nümunəsidir". 
Parlamentari qeyd edib ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında möhkəm şəkildə birləşib:
"Azərbaycan xalqı öz Prezidentinin ətrafında möhkəm şəkildə birləşib. Çünki Prezident xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb. O, atdığı addımlarla Azərbaycan dövlətinə və xalqına başucalığı gətirir. Cənab Prezidentin qazandığı bütün uğurların kökündə Ulu öndər Heydər Əliyev siyasətinə sadiqlik dayanır. Prezident çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarını düzgün qiymətləndirərək ona çeviklik, yenilik və kreativ yanaşma gətirir. Azərbaycanın sözünün çəkisi və nüfuzu böyükdür. Xalqımız yaxşı bilir ki, Azərbaycanın beynəlxalq aləmdə sözünün çəkisinin artması məhz cənab İlham Əliyevin misilsiz fəaliyyəti, uğurlu daxili və xarici siyasəti ilə bağlıdır".
E.Nəsirov qeyd edib ki, İlham Əliyev xoşbəxt Prezidentdir:
"Azərbaycan Prezidenti cənab İlham Əliyev xoşbəxt Prezidentdir. Çünki o, Heydər Əliyevin vəsiyyətlərini icra edib. 
O, dövlət qarşısında duran tarixi missiyasını uğurla yerinə yetirib və eyni zamanda xalqının sonsuz sevgisini və etimadını qazanıb".
Şahanə Ziyad

Siyasi       Tarix: 04 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi: Vaşinqtonla bağlı qalmaqallı sənəd qəbul olundu

Ermənistan parlamenti Ermənistan ilə ABŞ arasında "Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini rəsmən ratifikasiya edib. xəbər verir ki, Ermənista

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler son xəbər iqtisadiyyat xeberleri bugun hava haqqinda