Prezident İlham Əliyevin qətiyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir

Tarix boyu bütün dünyanı əhatə edən inteqrasiya proseslərindən Azərbaycan da geri qalmayıb. 
Azərbaycan dövləti dünya birliyinə inteqrasiyanı hər zaman qarşıya qoyduğu məqsədlərdən aliso hesab edib. Bu, ölkəmiz üçün, onun inkişafı, müasir dövrün tələblərinə uyğun texnologiya, elm-təhsil əldə etmək üçün vacib addımlardır. Bu proses ölkəmiz üçün nə qədər müsbət xarakter daşıyırsa, dünya üçün də bir o qədər önəm kəsb edir. Çünki dünya dövlətlərinin də Azərbaycandan qazanacağı, öyrənəcəyi çox şeylər var. İnkişaf etməkdə olan Azərbaycan dövləti yeraltı və yerüstü sərvətlər ölkəsidir. 
Güclü orduya sahib olan ölkə dünya dövlətlərinin əksəriyyətini geridə qoyur. Bu səbəblərdən Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası bütün dünyanın inkişafına səbəb olmasını istər dost, istər düşmən ölkələri bilir. 
Bu proseslər hər zaman ölkə başçısının diqqəti altındadır və bununla bağlı bir sıra proqramlar həyata keçirilir. Müvəffəqiyyətlə reallaşan bu proqramlar Azərbaycanın region ölkələri ilə, Avropa dövlətləri ilə, ABŞ-la iqtisadi, siyasi əlaqələri əhatə edir. 
Azərbaycan region ölkələri ilə əlaqələrin inkişafı, qarşılıqlı münasiblərin saxlanılmasına xüsusi diqqət ayırır. Regionda böyük təsir gücünə malik olan Rusiya da Azərbaycanla əlaqələrə ciddi önəm verir. Bu da Azərbaycanın Rusiya ilə qarşılıqlı əlaqələrinin inkişafı yönündə atılan düzgün siyasi addımların bəhrəsidir. 
Region ölkələri arasında dost-qardaş Türkiyə ilə Azərbaycanın bütün sahələrdə əlaqələri tarix boyu yüksək səviyyədə olub. Bu gün də bu münasibətlər ən yüksək səviyyədə davam edir. 
Azərbaycanla Türkiyənin qardaşlığı Vətən Müharibəsi dönəmində də bütün dünyaya bir daha sübut olundu. Bütün bunlardan sonra təkcə qonşu, region dövlətləri deyil, aparıcı Avropa ölkələri də Azərbaycanla münasibətə diqqət ayırır.
Elə 44 günlük Vətən Müharibəsi dövründə də Azərbaycanın qazandığı tarixi qələbə öz gücünü həm region ölkələrinə, həm də dünya dövlətlərinə göstərdi. Bu tarixi qələbədən sonra Azərbaycanın dünya miqyasında nüfuzu daha da artdı. Artıq dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanla əlaqələrin inkişafına daha yaxından maraq göstərirlər. Bir çox irimiqyaslı beynəlxalq təşkilatlarda təmsil olunan Azərbaycan artıq bu təşkilatlarda aparıcı dövlətlərdən birinə çevrilib. 
BMT, İƏT, ATƏT kimi təşkilatlarda Azərbaycan xüsusi rəğbət qazanıb. Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.
Millət vəkili Bəhruz Məhərrəmov Azxeber.com-a bildirib ki, Vətən müharibəsindəki qələbədən sonra rəsmi Bakının beynəlxalq inteqrasiya proseslərinin istiqamətində rolu fərqli məcraya çıxıb:
"44 günlük savaşdan sonra Azərbaycanın Cənubi Qafqazın hərbi, siyasi və iqtisadi güc mərkəzi, o cümlədən, regionda diqtə edən dövlətə çevrilməsi şübhə doğurmur. Bu mənada Vətən Müharibəsindəki qələbəmizdən sonra bölgədə strateji maraqlara malik beynəlxlaq hüquq subyektləri mənafelərinin təmin olunması üçün Azərbaycanla hesablaşmağın zərurətini anlayıblar. Təsadüfi deyil ki, müharibəyə qədər və müharibə dövründə Azərbaycana fərqli münasibət sərgiləyən, işğal faktoruna göz yuman dövlətlər Azərbaycanı qələbə münasibəti ilə təbrik edərək Böyük qayıdış yolunda, quruculuq-bərpa prosesində rol almaq niyyətlərini ifadə edirlər. Yəni, aydındır ki, VI nəsil müharibədə qələbəmiz Azərbaycanın beynəlxalq nüfuzuna əsaslı təsir edib və rəsmi Bakının beynəlxalq inteqrasiya proseslərinin istiqamətində rolunu fərqli məcraya çıxıb". 
Bəhruz Məhərrəmov onu da qeyd edib ki, son 9 ayda Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində qlobal güclər özləri maraqlı görünməyə başlayıb:
Prezident İlham Əliyevin qətiyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir"Konkret olaraq, son 9 ayda Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində yalnız rəsmi Bakı yox, həm də beynəlxalq birlik, xüsusən, qlobal güclər özləri maraqlı görünməyə başlayıb. Digər məqamlar, məsələn, Azərbaycanın Qoşulmama hərəkatında çox ağır və mürəkkəb tarixi siyasi şəraitdə sədrliyi dövrü, hərəkat tarixində ilk dəfə üzv dövlətlərin səylərinin qlobal təhlükəsizlik naminə birləşdirilməsi, prezident İlham Əliyevin rəhbərliyi altında koronavirusla mübarizə və vaksinlərin ədalətli bölgüsü ilə bağlı çox vacib hüquqi addımların atılması da rəsmi Bakının nüfuz və çəkisinə köklü təsir göstərdi, Azərbaycana qlobal təşəbbüskar kimi baxılmağa başlandı. Mövcud hücum siyasəti doktrinamız isə Azərbaycan beynəlxlaq inteqrasiya proseslərində vasitəçiyə, yəni inteqrə olunandan, inteqrə edən gücə çevirdi".
Ümumiyyətlə, Azərbaycan Respublikasının region dövlətləri, Avropa ölkələri, beynəlxalq təşkilatlarla onlara inteqrasiya hazırda yüksək səviyyədə davam edir. Bütün bu proseslər ölkə başçısının siyasi uzaqgörənliyi və düzgün istiqamətdə görülən işlərin müsbət nəticəsidir. Yaxın onillikdə Azərbaycanın bu istiqamətdə daha ciddi uğurlar əldə edəcəyi gözlənilir.
Azərbaycanın Avropa elm-təhsil məkanına inteqrasiyasına da xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan regionda və dünyada dinamik inkişafın lideri kimi tanınır. İnkişaf templərinə görə beynəlxalq reytinq agentliklərinin, ekspertlərinin diqqət mərkəzində olan Azərbaycana bu maraq Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır. Müasir dövlətin inkişafının ən mühüm göstəricisi kimi rəqabətə davamlılığa görə Azərbaycan MDB-nin bütün dövlətlərindən irəlidədir. Bu, dövlət başçısının bütün istiqamətlərdə dərin elmi əsaslar üzərində qurulan siyasətinin bəhrəsidir. Prezident İlham Əliyevin qətiyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.
Prezident İlham Əliyevin qətiyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir

Siyasi       Tarix: 09 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli cəbhədən son xeber maraqlı xəbərlər en son xeberler bu gun