Prezident İlham Əliyevin "TEKNOFEST"dəki çıxışı Türkiyə mediasının diqqət mərkəzində

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirakı və çıxışında səsləndirdiyi fikirlər qardaş Türkiyə KİV-lərinin diqqət mərkəzində olub.
KONKRET.az xəbər verir ki, Anadolu, "İHA" xəbər agentlikləri, "Aksam", "Milliyet", "Hurriyet", "Sabah", "Yenisafak" qəzetlərinin saytları, "Ahaber", "Takvim", "Habervakti", "Tgrthaber", "Aydinlik" portalları və digər mətbuat orqanları Azərbaycan Prezidentinin çıxışından önəmli məqamları oxuculara və izləyicilərə çatdırıblar.
Anadolu Agentliyinin yaydığı xəbərdə Prezident İlham Əliyevin Türkiyənin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatçısı olduğu barədə fikirlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, Azərbaycanın dövlət başçısı Türkiyənin son 20 il ərzində böyük və şərəfli yol keçdiyini deyib.
İHA agentliyi, "Sabah" qəzetinin saytı dövlətimizin başçısının tam mətnini yayıb. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti "Kızılelma"nı tezliklə Azərbaycan səmasında görəcəyinə ümid etdiyini bildirib. Dövlətimizin başçısının söylədiyi "aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda "Bayraktar" mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda "Bayraktar" mərkəzi yaradılacaq" fikirləri də oxucuların diqqətinə çatdırılıb.
"Aksam" qəzetinin saytında dərc olunan informasiyada isə Prezident İlham Əliyevin qardaş Türkiyənin son illərdə artan gücü barədə söylədiklərindən bəzi sitatlar gətirilib: "Kızılelma" havada, "Altay" və "Togg" quruda, "Anadolu" dənizdə – bugünkü Türkiyə budur". Qeyd edilib ki, Azərbaycan Prezidenti Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son 20 il ərzində böyük və şərəfli yol keçdiyini, dünya çapında söz sahibinə çevrildiyini, eyni zamanda, böyük Türk dünyasının birləşməsi işində çox mühüm rol oynadığını deyib.
"Milliyet" qəzetinin elektron resursunda isə dövlətimizin başçısını Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycanın rəsmən müttəfiq olduqları, o tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəm kəsb etməsi ilə bağlı fikirləri dərc olunub. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın onların yanında olduğunu, onun açıqlamalarının, mesajlarının Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini, "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır" sözlərinin onlara əlavə güc, əlavə ruh verdiyini qeyd edib.
"Hurriyet" qəzetinin saytı isə Azərbaycan Prezidentinin bu fikirlərini oxucularına təqdim edib: "Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir. Eyni zamanda, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi".
"Takvim" portalının yaydığı xəbərdə isə bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Hava Limanında keçirilən "TEKNOFEST" festivalı Azərbaycan Prezidenti İlham Əliyevlə "Togg" avtomobilində gəldi. Azərbaycan Prezidenti İlham Əliyev festivalda çıxışında Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının birləşməsində böyük roluna diqqət çəkdi.
Qardaş ölkənin digər media resurslarında – "Yenisafak" qəzetinin saytı, "Ahaber", "Habervakti", "Tgrthaber", "Aydinlik" portallarında dərc olunan məqalələrdə, yayılan videolarda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Rəcəb Tayyib Ərdoğanın Türkiyənin son uğurlarında, Türk dünyasının birləşməsində roluna, "TEKNOFEST"in qurucusu Selçuk Bayraktarın xidmətlərinə, həmçinin ölkələrimiz arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə diqqət çəkdiyi vurğulanıb.
 Fotoları təqdim edirik
Prezident İlham Əliyevin Prezident İlham Əliyevin Prezident İlham Əliyevin Prezident İlham Əliyevin Prezident İlham Əliyevin Prezident İlham Əliyevin Prezident İlham Əliyevin

Siyasi       Tarix: 29 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO

Erməni politoloq Ara Poqosyan 1992-ci ildə Türkiyə ilə Ermənistan arasında yaranmış gərgin vəziyyətlə bağlı paylaşım edib. KONKRET. -a istinadən xəbər verir ki, o, 1992-ci ildə Şuşanın işğalından sonra Türkiyənin Ermənistanl

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb


azerbaycan xeberleri yeni xeberler son xeberler hava cəbhədən son məlumatlar dunyada son xeberler xeber.az son xeberler