Prezident işğaldan azad olunmuş ərazilərin potensialından DANIŞDI

Prezident işğaldan azad olunmuş ərazilərin potensialından DANIŞDI"Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir".
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər.
"Artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Ümid edirəm ki, bu danışıqlar da uğurla nəticələnəcək. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər. Bildirməliyəm ki, işğal dövründə 30 il ərzində ermənilər və Ermənistan dövləti o vaxt işğal altında olan torpaqlarda bütün infrastrukturu, bütün binaları, tarixi, dini abidələrimizi dağıtmışlar, bunu təsdiqləyən bir çox sənədlər, video-foto məlumatlar vardır. O cümlədən Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv etmişlər və biz artıq azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə başlayaraq, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət göstərmişik. Keçən il 4 su elektrik stansiyasını bərpa etmişik. Onların ümumi generasiya gücü 20 meqavatdır. Bu il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Düzdür, digər stansiyalarla müqayisədə həcm o qədər də böyük deyil. Lakin bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Güləş və külək elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük potensial var. Yenə də demək istəyirəm ki, bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır", – Prezident vurğulayıb.

Siyasi       Tarix: 15 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli xeberler az butun xeberler cəbhədən ən son xəbərlər