Prezident: Komanda üzvlərimə sual verdim: "O bizə nə verəcək

Prezident: Komanda üzvlərimə sual verdim: "O bizə nə verəcəkPrezident: Komanda üzvlərimə sual verdim: "O bizə nə verəcək"
Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri adlı sənədin imzalanması ilə bağlı danışıqlar yaxşı gedir.
Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində bildirib.
Ölkə başçısı qeyd edib ki, sənədin bəndlərinin 90 faizi razılaşdırılıb.
"Amma razılaşdırılmayan bəndlər bizim üçün qəti münasib deyil. Avropa İttifaqı mövqeyini dəyişsə, biz danışıqları davam etdirə bilərik", - deyə Prezident bildirib.  
Dövlət başçısı deyib ki, Azərbaycan Avropa ölkələri ilə yaxşı münasibətlər qurub, lakin Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamayıb.
İlham Əliyev söyləyib ki, Azərbaycan Avropa İttifaqına daxil olmağa hazırlaşmır.
"Azərbaycan Avropa İttifaqına daxil olmağa hazırlaşmır. Və bizi orada gözləmirlər. Biz "Şərq tərəfdaşlığı"na qoşulan keçmiş SSRİ-yə daxil olan bəzi ölkələrdən fərqli olaraq assosiasiya razılaşmasını imzalamadıq. Mən onu başlanğıcdan sona kimi oxudum. Anladım ki, bu, razılaşma deyil, yerinə yetirməli olduğumuz təlimatdır. Mən öz komanda üzvlərimə sual verdim: Bizə bu təlimatlar niyə lazımdır? Bu bizə nə verəcək? Hansısa praktiki xeyri varmı?", - deyə ölkə başçısı əlavə edib.
İlham Əliyev bildirib ki, buna görə də, Avropa Komissiyasına ikitərəfli razılaşma üzərində işləmək təklif edilib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan kiminsə xoşuna gəlmək üçün razılaşma imzalamır.
"Biz belə işləmirik. İstənilən razılaşma, istənilən razılıq konkret nəticələrə malik olmalıdır", - deyə Prezident əlavə edib.
Qeyd edək ki, Prezident dekabrın 23-də  yerli KİV-lərə müsahibəsində demişdi ki, 2018-ci ildə Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanıb.
Prezident İlham Əliyev deyib ki, bu sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək ifadə edilib.
Amma sənəddə razılaşdırılmamış məqamlar da qalır. İlham Əliyev sənədin bəzi detalları ilə bağlı danışarkən Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmaması və bunun Avropa İttifaqında yaratdığı reaksiyaya diqqət çəkib:
"Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb.
Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq.
Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq. Onu da bildirməliyəm ki, hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır.
Demək olar ki, bəzi ölkələr arasında - təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər".
Bundan başqa, sazişə belə bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Dövlət başçısı buna izah verərkən qeyd edib ki, hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır.
"İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ya da ki, biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çatdırmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır".
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 01 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Cənubi Koreyadan Ukraynaya sərt xəbərdarlıq: "Üzr istəməsəniz, tədbir görəcəyik!"

Cənubi Koreya Prezidenti Li Çje Myon Ukraynanı Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya təhvil verilməsi zamanı məxfiliklə bağlı razılaşmanın mövcud olduğunu açıq şəkildə etiraf etməyə və üzr istəməyə çağırıb. Əks halda

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler az xəbər az cəbhədən son məlumat meherremlik 2026