Prezident müsahibəsində ölkəmizin qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafı ilə bağlı mövqeyini bəyan etdi

Prezident müsahibəsində ölkəmizin qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafı ilə bağlı mövqeyini bəyan etdiZaman-zaman fərqli adlandırılsa da, mahiyyəti dəyişməyən tarixi İpək yolu "Bir kəmər, bir yol" layihəsinin strateji həlqəsi olaraq Azərbaycan Çin üçün qitələrarası nüfuzun artması baxımından həmişə cazibədar olub. Hələ 1990-cı illərdən Qara dənizlə Xəzər dənizi arasında yerləşən, Xəzərin və Mərkəzi Asiyanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rolu olan ölkə kimi Azərbaycan Çinin diqqətini hələ müstəqilliyin ilk illərindən cəlb edib. 2000-ci illərdən isə Azərbaycan həm də Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi, strateji regionun nəqliyyat layihələrinin açar ölkəsi kimi Çinin diqqət mərkəzindədir.
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində CGTN – "China Global Television Network" telekanalına verdiyi müsahibəsi qarşılıqlı tərəfdaşlıq əlaqələrinin təkcə enerji və kommunikasiya resursları deyil, digər sahələrdə də birgə layihələrin sistemli icrası, reallaşdırılması, bir sözlə, faydalılığı haqqında idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.
Y.Hacıyeva bildirib ki, Prezident İlham Əliyevin müsahibəsinin ana xəttini Azərbaycanın onilliklər ərzində inkşaf strategiyası, xarici siyasətdə inkişaf edən sabit ikitərəfli əlaqələrinin, qarşılıqlı siyasi və iqtisadi etimadın möhkəmləndirilməsi, regional və regionlararası strateji layihələrdə rolu haqqında geniş məlumatları təşkil etdi. Dövlətimizin başçısı bunların sayəsində Azərbaycanın qlobal aktor kimi rolunun artmasının, nüfuzunun möhkəmləsinin arayışını verdi desək yanılmarıq.
"Müsahibə sadə çinli izləyicilər üçün qədim mədəniyyətə malik müasir olkə olan Azərbaycan və onun Çinlə münasibətlərinin əhəmiyyətinin tam təsviri idi. Onun vacib hissəsi son illər Azərbaycanla Çin arasında əməkdaşlıq və gələcək mübadilələrin zəmini kimi möhkəmlənən koordinasiyanın prioritetləri və istiqamətlərindən ibarət idi. Qeyd edim ki, belə koordinasiya özlüyündə iki ölkənin ümumi maraqlarının qorunmasına yönəlmiş səmərəli əməkdaşlığın bünövrəsini təşkil edir. Bu səfər çərçivəsində imzalanan sənədlərin icrası məhz bu prioritetlər və istiqamətlər üzrə inkişaf edəcək. İmzalanmış sənədlərə diqqət yetirsək, bu qədər geniş sahələri əhatə edən əməkdaşlıq təşəbbüslərinin Azərbaycanla Çin arasında imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Birgə Bəyannamədən irəli gələn istiqamətlər üzərində qurulduğunu görərik", - deyə o əlavə edib.
Müsahibənin diqqətçəkən məqamlarından birinin qlobal təhlükəsizliklə bağlı məsələlər haqqında olduğunu vurğulayan Y.Hacıyeva deyib ki, bu gün müxtəlif istiqamətlərdən gələn narahatedici çağrışların çoxluğu fonunda Azərbaycan-Çin münasibətlərinin inkişafının həm Cənubi Qafqaz, həm də də qonşu regionlar üçün sabitləşdirici amil rolunu oynaması haqqında gözləntilər var. Azərbaycan Prezidentinin verdiyi mesajlarda ticari aspektlər, Çinin çox geniş imkanlarının Azərbaycan üçün yeni bazar kimi dəyərləndirilməsi nüansı diqqətdən qaçmamalıdır. Çünki səfərin əsas yükü məhz bu missiya üzərindən qurulmuşdu.
Aydın məsələdir ki, münasibətlərin davamlı inkişafı, eləcə də iki ölkə arasında çoxşaxəli tərəfdaşlıq-əməkdaşlıq əlaqələrin dərinləşməsi, sadəcə, təşəbbüslə həll olunmur, burada həm də dəqiq strateji planlaşdırma və kompleks tədbirlərin işlənib hazırlanması vacibdir. Prezident İlham Əliyev müsahibədə bunun yol xəritəsinin vektorlarını elan etdi.
Mətbuat Şurası İdarə Heyətinin üzvü bildirib ki, dövlətimizin başçısı, həmçinin son illər iki ölkənin hökumətləri, media təsisatları, parlamentləri, hakim partiyaları və regionları arasında qarşılıqlı əlaqələrin genişlənməsi, Azərbaycan-Çin münasibətlərinin sağlam, sabit və davamlı inkişafı üçün müsbət inkişaf tempi vəd etdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycanla Çin arasında bu praktiki əməkdaşlıq ikitərəfli münasibətlərin yüksək dəyərini tam şəkildə əks etdirən zəngin bəhrə verir, ölkələr arasındakı ticarət dövriyyəsi artır və sair.
Y.Hacıyeva, eyni zamanda, qeyd edib: "Müsahibədə diqqətçəkən vacib məqamlardan biri də Azərbaycanın xarici siyasətdə əməkdaşlıq prioritetləri, istiqamətləri və ümumilikdə baxışları haqqında oldu. Azərbaycan Prezidentinin fikirləri Qoşulmama Hərəkatının aparıcı qüvvəsi - üzv ölkəsi kimi Azərbaycan xarici siyasət strategiyasını balanslı yanaşma prinsipi üzərindən qurulmasının uğurunu tam miqyasda göstərdi.
Azərbaycan məhz bu prinsip üzərindən qlobal güc mərkəzləri ilə münasibətdə hər zaman müstəqil, hər hansı bir bloka qoşulmayan, üçüncü tərəfə qarşıdurma yaratmağa imkan verməyən, üçüncü tərəfləri hədəf almayan əməkdaşlıq prinsiplərinə sadiq qalır. Dövlətimizin başçısı Azərbaycanın etibarlı, azadlıqsevər və sülhpərvər ölkə kimi qarşılıqlı hörmətə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi mövqeyini növbəti dəfə bəyan etmiş oldu". / azxeber.com

Siyasi       Tarix: 26 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber bugünki xəbərlər cəbhədən yeni xəbərlər sou xeberler