Prezident: "Müstəmləkəçiliyin forması dəyişsə də, mahiyyəti dəyişməyib"
" class="imgbcode" />Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu prosesə öz dəstəyini verib.
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq təsisat çərçivəsində parlament, gənclər və qadınlar platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edib.
Bakı Təşəbbüs Qrupunun 2023-cü ildə həm Bakıda, həm də BMT-nin Cenevrə ofisində neokolonializm mövzusunda vacib tədbirlər keçirdiyini qeyd edən Azərbaycan Prezidenti vurğulayıb ki, müstəmləkəçi ölkələr Afrikada, Asiyada, Latın Amerikasında müstəmləkə altında saxladığı xalqlardan və dövlətlərdən ən azı üzr istəməlidirlər.
Dövlət başçısı onu da əlavə edib ki, müstəmləkəçiliyin forması dəyişsə də, mahiyyəti dəyişməyib və onu müxtəlif formalarda saxlayıb
Beynəlxalq institutlara üzv olduqlarından sui-istifadə edərək müstəmləkəçi imperiyaların müstəmləkə altına saldıqları ölkələrdə törətdikləri cinayətləri ört-basdır etməyə çalışdıqlarını deyən dövlət başçısı bu cinayətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasının zəruriliyi vurğulayıb.Report

"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var
Tanınmış alpinist infarkt keçirdi
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
UFC: Nazim Sadıxov nakautla məğlub olub
Cəlilabadda ev yandı
Krımda fövqəladə vəziyyət elan edildi
Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq
Türkiyə futbolunda Məsud Özil dövrü başlaya bilər
Bu gecə hər ikisi meydana çıxacaq
Türkiyə bu üç ölkə ilə ittifaq qurmalıdır – Perinçek