Prezident niyə "İstisu"yu özü ilə aparıb? – Detallar
Bişkekdə Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşündən əvvəl maraqlı anlar yaşanıb. Belə ki, Pezeşkiana Gürcüstan istehsalı olan "Borjomi" suyu təqdim edilərkən İlham Əliyev masadakı Azərbaycan sularına diqqət çəkərək, həmkarına "İstisu"dan içməyi təklif edib və suyu özü ilə gətirdiyini bildirib.
Bu görüntülər isə sual doğurur: yüksək səviyyəli dövlət rəsmiləri xarici səfərlərdə istifadə etdikləri suyu özləri ilə aparırlar, yoxsa bu, təhlükəsizlik protokolları ilə bağlı xüsusi tədbirdir?
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu jestdə həm səmimi qonaqpərvərlik, həm Kəlbəcər "İstisu"yunun tanıdılması, həm də yumşaq güc elementləri görünür:
"Bunu Gürcüstan suyuna qarşı siyasi irad kimi qiymətləndirmək düzgün olmaz. Prezident və baş nazirlər bütün səfərlərdə mütləq öz sularını aparmırlar. Adətən səfərdən əvvəl protokol və təhlükəsizlik qrupları içkilərin markası, qazlı, yaxud qazsız olması, temperaturu, qida rejimi və tibbi məhdudiyyətlər barədə ev sahibi tərəfə məlumat verir".
Politoloq bildirib ki, təqdim edilən məhsullar möhürlü olur və mühafizə-tibb heyətinin nəzarətindən keçir:
"Bəzi liderlər təhlükəsizlik, sağlamlıq və alışqanlıq səbəbilə öz sularını, hətta ərzaq, eləcə də aşpazlarını apara bilirlər. Lakin bu, universal qayda deyil və belə prosedurların detalları açıqlanmır. Deməli, məsələ yalnız təhlükəsizlik deyil, eyni zamanda şəxsi zövq, sağlamlıq, rahatlıq, milli brendin təqdimatı və diplomatik simvolizm də rol oynayır".
Xidmetler [newsid: 0-123300]

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı