Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyunun 19-da Rusiyanın Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona "Dostluq" ordenini təqdim edib.
KONKRET.azxəbər verir ki, Prezident görüş zamanı otağında saxladığı heykəl haqda maraqlı faktları açıqlayıb.
"Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar. Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var. Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır. Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm: Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır".


Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
İlham Əliyev Türkiyəyə səfərə gəlib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Prezident polşalı həmkarına məktub göndərdi
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
İllik 26 milyon avro maaşdan imtina edir
Arsen Venger FIFA prezidenti ola bilər
Türkiyə Ermənistanla sərhədi açır?
Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın
Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb
Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı
İzmirdə fabrikdə güclü partlayış: ölənlər var
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir