Prezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTO

Prezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.
azxeber.com xəbər verir ki, ADA Universitetinin rektoru Hafiz Paşayev dövlətimizin başçısına Qazax Müəllimlər Seminariyasının tarixi və Mərkəzdə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitiriblər.
1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firudin bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firudin bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.
ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunublar. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Cari il yanvarın 26-da Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində Firudin bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Qeyd olunub ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-23-cü tədris ilində mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir. Təhsil üzrə menecment, təlim və tədrisin təşkili metodikası üzrə proqramlarda 33 tələbə magistr dərəcəsi almaq üçün tədrisə cəlb olunub və birinci kursu bitirib. 2023-24-cü tədris ilindən Qazax Mərkəzində bu ixtisaslarla yanaşı, dövlət idarəetməsi magistr proqramı tədris olunacaq. Yeni dərs ilindən bu üç ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, mərkəzdə ümumilikdə 127 tələbə təhsil alacaq.
Qeyd olundu ki, ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər üçün "Bir müəllimin manifesti" birillik üçmərhələli ixtisasartırma proqramı həyata keçirilir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Bu proqram vasitəsilə ötən il 38, bu il isə 20 müəllim və məktəb direktoru ixtisasartırmaya cəlb edilib. Proqramın ilk 38 iştirakçısı arasından dörd nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayıb. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır.
Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur.
Hazırda mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər. Bu məqsədlə mərkəzin tədris kompleksində Universitet tərəfindən Müəllimlər Evi tikilir. Tikintisi başa çatmaqda olan Müəllimlər Evi ADA Universitetinin Mərkəzdə çalışan bölgələrdən olan daimi əməkdaşları və ezam edilən müəllim heyəti üçün nəzərdə tutulub.
Məlumat verilib ki, mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-20-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası həyata keçirilir.
ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil Ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Bura, həmçinin, kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır.
Prezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTOPrezident Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə tanış olub - FOTO

Siyasi       Tarix: 08 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər

Paşinyan balans siyasətini davam etdirir: Ermənistanın Qərbə inteqrasiyası və daxili siyasi gərginlik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqı ilə inteqrasiya kursunu davam etdirəcəyini bəyan ets

İran ABŞ ilə danışıqlar barədə məlumatları təkzib etdi

İran Xarici İşlər Nazirliyi ABŞ nümayəndələri ilə Qətərin paytaxtı Dohada yaxın günlərdə hər hansı danışıqların keçiriləcəyi barədə yayılan məlumatları rəsmən təkzib edib. Nazirliyin rəsmi nümayəndəsi İsmayıl Baqai bildiri

Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal

Ermənistanda keşmiş prezident Robert Köçəryanın hava limanındakı görüntülərinin mediaya sızdırılması ətrafında qalmaqal böyüyür. xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin Şəxsi Məlumatların Mühafizəsi Agentliyi mediad

ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki

ABŞ və İran arasında son dövrlər müşahidə olunan hərbi-siyasi gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər arasında atəşkəsin vaxtaşırı pozulması və qarşılıqlı ittihamlar "bu qarşıdurm

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

İyulun 3-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək. xəbər verir ki, yük Biləcəri stansiyasından yola salınacaq

Rusiyadan İrəvan və Bakıya "mesaj": Nikol tələsməlidir

Rusiyanın Cənubi Qafqaz siyasəti barədə adətən bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin danışır. O, bu dəfə də Ermənistan və Azərbaycanla bağlı açıqlamalar verib. Azərbaycanla bağlı deyib ki, Moskva və Bak

Nazir: 'Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nd

İsrailin müdafiə naziri: "Trampın İrana təzyiqi "Hizbullah"ı çökməkdən xilas etdi"

İsrailin müdafiə naziri İsrail Katc ABŞ prezidenti Donald Trampın İran və Livan məsələlərini bir-birinə bağlamasının regional dinamikaya, xüsusilə də "Hizbullah"ın aqibətinə birbaşa təsir etdiyini bildirib. Naziri

Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB

Ermənistan İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına cavab verməyəcək. KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Biz cavab verməyə ehtiyac görmürük, çünki inanırı


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabar son xeberler 2026 sou biznes maşın realiti şou