Prezident Qranada görüşünə getməməsinin səbəblərini AÇIQLADI
Fransa Prezidenti (Emmanuel Makron – red), Şarl Mişel və Ermənistanın baş naziri ilə Praqa görüşünün keçirilməsi təklifi irəli sürüldü. Praqada keçirilən görüşü müsbət qiymətləndirirəm. Çünki o vaxt baş nazir Paşinyan Qarabağı Azərbaycanın hissəsi kimi tanıdı. Düzdür, o, sonra başqa bəyanatla çıxış etdi, öz fikrindən çəkindi. Həmin vaxt o, "Dağlıq Qarabağ"a təbrik məktubu göndərdi. Amma yenə də mən Praqa görüşünün nəticəsi müsbət kimi qəbul etdim.
KONKRET.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı səsləndirib.
Ermənistan ilə Azərbaycan arasında aparılan sülh danışıqlarına toxunan dövlətimizin başçısı qeyd edib: "Danışıqlar bu formatda davam edirdi. Lakin sonradan nə baş verdi? Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi və beləliklə, özünü prosesdən ayırdı. Çünki tam aydın idi ki, əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız. Ona görə neytral olmalısınız. Bununla bağlı müxtəlif səbəblər var idi. Bu halda artıq vasitəçi olmaq şansı əldən buraxıldı. Biz rəsmən bəyan etdik, artıq düzgün, yaxud münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim".
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda