Prezident seçkiləri niyə növbədənkənar keçiriləcək? - Deputat danışdı

Prezident seçkiləri niyə növbədənkənar keçiriləcək? - Deputat danışdıXəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Mövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər azad olunmuş ərazilərdə keçiriləcək:
"Azərbaycan Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamına görə, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. Məlum məsələdir ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada tətbiq olunmuş bir təcrübədir. Seçkilər növbədənkənar keçirildiyində vətəndaşlarımız öz siyasi iradələrini vaxtından əvvəl ifadə edirlər. Əsas məsələ ondan ibarətdir ki, bu seçkilər Azərbaycan Respublikasının seçki məcəlləsinin növbəti prezident seçkilərinin keçirilməsi ilə və yaxud növbədənkənar prezident seçkilərinin keçirilməsi arasında ciddi fərq etmir. Konstitusiyaya uyğun olaraq bu hallar qəbul ediləndir. Əsas məqam ondan ibarətdir ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər azad olunmuş ərazilərlə birgə, bütün ərazilərdə keçiriləcək. 
Digər məsələ, 7 fevral 2024-cü il seçkisini zəfər seçkisi kimi qəbul etmək olar. Cənab Prezident İlham Əliyev qalib xalqın qalib prezidentidir. Bu gün hər bir azərbaycanlının səsləndirdiyi "Qarabağ Azərbaycandır" şüarı bütün Qarabağda və digər ərazilərdə quruculuq işlərinin dəstəklənməsi deməkdir. Bütün regionlarda islahatlar aparılır, bütün Azərbaycan xalqı özünə güvənir. Bu seçkilər Ali Baş Komandanın özünə inamın təcəssümüdür. Hər zaman dediyi sözün üstündə duran Ali Baş Komandan davamlı islahatları ilə bizim qələbəmizi həzm etməyən dövlətlərin qarşısında bir daha göstərməyə çalışır ki, biz doğrudan da güclüyük. Ədalətli seçki şəraiti təmin edilir".
Deputat həmçinin bildirib ki, digər siyasi partiya üzvləri də növbədənkənar prezident seçkilərində öz namizədliyini irəli sürə bilərlər:
"Nəzərə alsaq ki, bütün siyasi partiyaların dövlət reyestrindən qeydə alınma prosesi başa çatıb, bu yanaşma ölkədə rəqabət mühitinin təmin edilməsini göstərir. Hər bir siyasi partiya və digər namizədlərə seçki məcəlləsinə uyğun olaraq, tam bərabər imkanlar veriləcək. Seçki məcəlləsinə uyğun olaraq, 60 gün davam edən hazırlıq prosesində namizədlər təbliğat-təşvifaq prosesini aparmalıdır, bu zaman KİV-lərin köməyindən istifadə edə bilərlər. Bu proseslərdə hər hansısa bir narazılıq ancaq qərəz kimi qeyd oluna bilər".
Ayşən Mirzəyeva

Siyasi       Tarix: 08 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber sonxabar az kriminal xeberler xəbər