Prezident seçkilərində ikinciliyi hansı namizəd qazanacaq? – Əksəriyyət onun ADINI ÇƏKDİ

Prezident seçkilərində ikinciliyi hansı namizəd qazanacaq? – Əksəriyyət onun ADINI ÇƏKDİFevral ayının 7-də baş tutacaq növbədənkənar prezident seçkilərinə sayılı günlər qalıb. Artıq prezidentliyə namizədlər təbliğat kampaniyasına start veriblər.
Prezident İlham Əliyevin bu seçkilərdə qalib gələcəyi həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən ehtimal edilir. Bu baxımdan, 7 ferval seçkilərində sürpriz nəticənin ortaya çıxmayacağı bəllidir. Bununla belə, indi seçkilərlə bağlı əksəriyyəti maraqlandıran əsas sual İlham Əliyevdən sonra ən çox səs toplayacaq namizədin kimliyidir.
KONKRET.az siyasətçilərə və partiya sədrlərinə "Prezident seçkilərində ikinciliyi hansı namizəd qazana bilər" sualını ünvanlayıb.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisin deputatı Siyavuş Novruzov suala cavab olaraq bildirib ki, bu, seçicilərin seçimindən asılıdır və öncədən hansısa proqnozu vermək asan deyil:
Prezident seçkilərində ikinciliyi hansı namizəd qazanacaq? – Əksəriyyət onun ADINI ÇƏKDİ"Heç kəs 2-ci və ya 3-cü yerləri kimlərin tutacağını müəyyənləşdirə bilməz. Ona görə də öncədən hansısa proqnozu vermək çətindir. Namizədlərin hər biri ölkənin ictimai-siyasi həyatında kifayət qədər fəal iştirak edən şəxslərdir. Onlar arasında fərq qoymaq doğru olmazdı. Bir daha deyirəm ki, mən İlham Əliyevə səs verəcəyəm. Eyni zamanda, cənab Prezidentin nümayəndəsi, seçki qərargahının üzvüyəm. Biz komanda olaraq öz işimizlə məşğuluq. Hansı namizədin 2-ci və ya 3-cü yeri tutacağını isə seçicilər müəyyənləşdirəcəklər".
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə sualı belə cavablandırıb:
Prezident seçkilərində ikinciliyi hansı namizəd qazanacaq? – Əksəriyyət onun ADINI ÇƏKDİ"Aydın məsələdir ki, hər kəs səs verəcəyi namizədi birinci görmək istəyir. Ümumiyyətlə isə bu seçkilərdə ikinci, ya da yeddinci olmağın elə bir əhəmiyyəti yoxdur. Odur ki, icazənizlə mən bu məsələyə şərh verməyim".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun da fikirlərini öyrəndik:
Prezident seçkilərində ikinciliyi hansı namizəd qazanacaq? – Əksəriyyət onun ADINI ÇƏKDİ"Mənə elə gəlir ki, ikinci yeri tutmağa Zahid Orucun daha çox şansı var. Yerdə qalanların elə bir əhəmiyyətli reytinqi və elektoratı yoxdur. Zahid Oruc həm parlamentdə fəaldır, həm də Sosioloji Tədqiqatlar Mərkəzində kifayət qədər iş görüb. Eyni zamanda, gündəmdə qalmağı bacaran, eləcə də müəyyən ideya generatoru funksiyasını yerinə yetirən siyasətçidir. Bununla belə düşünürəm ki, 1-ci yerlə 2-ci  arasında səs fərqi kifayət qədər böyük olacaq".
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev namizədlərin hər birinə xüsusi hörmətinin olduğunu deyib:
Prezident seçkilərində ikinciliyi hansı namizəd qazanacaq? – Əksəriyyət onun ADINI ÇƏKDİ"Amma digər namizədlər məndən inciməsin. Onların heç biri cənab Prezidentin reytinqinin qarşısında duruş gətirə bilməyəcəklər. Mən İlham Əliyevi tərifləyəndə müəyyən adamlar narahat olurlar. Onlara deyirəm ki, narahat olmasınlar, qardaşım İlham Əliyev yenidən seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq ölkə prezidenti seçiləcək. O ki qaldı sizin sualınıza, böyük ehtimalla ikinci yeri Zahid Oruc tutacaq".
Xatırladaq ki, qarşıdan gələn prezident seçkilərində aşağıdakı 7 namizəd mübarizə aparacaq:
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 25 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 cəbhədən ən son xəbər xeberler qarabag