Prezident: "Şuşa Bəyannaməsi bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır

Prezident: "Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir.
İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər zaman yüksək dəstək verdi".
Azxeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına təbrik məktubunda qeyd olunub.
Prezident vurğulayıb ki, Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan-Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir:
"Ən önəmlisi isə hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidir. Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir.
Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi.
Bu təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır.
Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır.
Ölkələrimizin enerji təhlükəsizliyinin təminatındakı qlobal rolu da Avrasiyada davamlı əməkdaşlıq və xalqların rifahı üçün möhkəm təməl olaraq qalacaq".

Siyasi       Tarix: 08 iyul 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib. Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidə

Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb - FOTO

İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb. xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzaye

İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzr

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxr

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin adından iyulun 14-də Xankəndidə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. xəbər verir ki, tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarə

İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb

Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpas


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son məlumat xankendi oxu.az xeberler gunun xeberleri