Prezident: 'Türkmənistan və Azərbaycan əlaqələrini yeni səviyyəyə qaldırır

Prezident: 'Türkmənistan və Azərbaycan əlaqələrini yeni səviyyəyə qaldırır"Biz sizinlə uzun illər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atmışıq və bu gün iki qardaş ölkə öz əlaqələrini yeni səviyyəyə qaldırır. Mən çox şadam ki, bütün sahələrdə qardaşlıq, dostluq əlaqələri özünü göstərir".
azxeber.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 14-də Türkmənbaşı şəhərində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə deyib.
"Biz həm siyasi sahədə strateji tərəfdaşıq, həm iqtisadi sahədə son vaxtlar böyük uğurlara imza atmışıq, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Siz də qeyd etdiyiniz kimi, nəqliyyat, tranzit sahəsində də böyük irəliləyiş var. Əsas odur ki, xalqlarımız qardaş xalqlardır və bu gün müstəqil Türkmənistan və müstəqil Azərbaycan öz münasibətlərini bu qardaşlıq əsasında qurur. Bu, həm ölkələrimiz, eyni zamanda, bölgə üçün çox önəmlidir və bu gün üç qardaş ölkə Türkmənistanda, bu gözəl Avazada görüşür. Hesab edirəm ki, bu da əcdadlarımızın ruhunu şad edən bir hadisədir. Çünki bu, təbiidir, belə də olmalıdır, qardaş xalqlar bir yerdə olmalıdırlar.
Fürsətdən istifadə edərək burada gördüklərimlə bağlı fikrimi bölüşmək istərdim. Burada qurduğunuz çox gözəl şərait bizi sevindirir. Avaza doğrudan da beynəlxalq turizm mərkəzinə çevrilir, həm səliqə-sahman, həm gözəllik, həm də yaşıllıq. Xəzər dənizinin sahillərində belə möhtəşəm mərkəzin yaradılması şəxsən Sizin böyük nailiyyətinizdir. Bu münasibətlə Sizi və qardaş türkmən xalqını təbrik edirəm. Dəvətə görə bir daha təşəkkür edirəm", - dövlət başçısı bildirib.

Siyasi       Tarix: 14 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber.az cəbhədən son dəqiqə xəbər.az xeber.az son xeberler