Prezident və Birinci vitse-prezident "Ağcabədi taxıl Aqropark"la tanış oldular - FOTOLAR

Prezident və Birinci vitse-prezident Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Ağcabədi taxıl Aqropark"da yaradılan şəraitlə tanış olublar.
KONKRET.az xəbər verir ki, aqroparkın icraçı direktoru Elman Kərimov dövlətimizin başçısına və birinci vitse-prezidentə burada görülən işlər barədə məlumat verib.
Bildirilib ki, müasir əkinçilik və bağçılıq təsərrüfatının qurulması layihəsi olan aqroparkın ümumi sahəsi 3 min hektardır. Bu ərazinin 850 hektarı dövlət ehtiyat fonduna daxildir. Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilib. Aqroparkda, həmçinin 110 hektar sahədə intensiv badam bağı salınıb. Burada suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunur. Əkin sahələrinin suvarılmasında ən müasir sistemlərdən istifadə edilir.
Məlumat verilib ki, aqroparkın emal sahəsi gündəlik gücü 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Burada, həmçinin 26 min kubmetr həcmində müasir taxıl və 12 min kubmetrlik silos anbarları yaradılıb. Gücü saatda 50 ton olan qurutma sahəsində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılıb. Aqroparkın texnika parkı 20 traktor və kombayndan, eləcə də 86 aqreqatdan ibarətdir.
Qeyd olunub ki, "Ağcabədi taxıl Aqropark"ın təchizatı üçün 3 kilometr uzunluğunda su xətti, 150 min kubmetr həcmində su anbarı, 2 nasos stansiyası, 6 transformator mərkəzi, uzunluğu 4 kilometr olan 10 kilovoltluq birdövrəli elektrik verilişi hava xətti və 3 kilometr uzunluğunda qaz xətti çəkilib.
Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.
Diqqətə çatdırılıb ki, ötən il aqroparkda ümumilikdə 3094 hektar sahədən 20 min 721 ton məhsul – 2240 ton buğda, 1932 ton arpa, 7685 ton dən üçün qarğıdalı, 416 ton birillik ot, 87 ton pambıq, 14 ton soya, 1705 ton qarışıq senaj və 6642 ton digər məhsullar götürülüb. Cari ildə aqroparkda 466 hektar sahədə pambıq, 100 hektarda popkorn, 1177 hektarda qarğıdalı, 146,5 hektarda buğda, 1050,45 hektarda arpa, 10 hektarda isə yonca əkilməsi nəzərdə tutulur.
Prezident və Birinci vitse-prezident Prezident və Birinci vitse-prezident Prezident və Birinci vitse-prezident Prezident və Birinci vitse-prezident

Sosial       Tarix: 15 fevral 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


yeni xeberler son xeberler azerbaycan xeberleri idman xeberleri son xəbərlər bugün 2026 cəbhədən şad xəbər xəbər az