Prezident: 'XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməyib
"XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir".
azxeber.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.
"Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: "Qarabağ Ermənistandır və nöqtə". Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin.
Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin", - dövlət başçısı vurğulayıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Azərbaycanı vurardıq" bəyanatına Bakıdan cavab: "İranda yaxşı bilirlər ki…"
Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ
Azercell və Samsung-dan yeni kampaniya
Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatdı
Leandro Andrade "Qarabağ"dan GETDİ
Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
Uqandada hərbçilər televiziya kanallarının yayımını dayandırdılar
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur
Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal
Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."
Babək rayonunda ağır qəza - Üç nəfər xəsarət alıb - FOTO
Əhvalım çox pisdir - Ofeliya Sənani
Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?