Prezident yeni səfirləri qəbul etdi - YENİLƏNIB

Prezident yeni səfirləri qəbul etdi - YENİLƏNIBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin etimadnaməsini qəbul edib.
KONKRET.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
Səfir Katsuya Vatanabe Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitonun Yaponiya-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı arzusunu dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev minnətdarlığını bildirərək, onun da xoş arzularını Yaponiyanın İmperatoruna çatdırmağı xahiş edib.
Dövlət başçısı ölkələrimiz arasında dostluq münasibətlərin 30 ildən artıqdır ki, müxtəlif sahələri əhatə etdiyini vurğulayaraq bütün istiqamətlərdə yaxşı nəticələrin əldə olunduğunu bildirib, qarşıdan gələn illərdə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev ənənəvi sahələrdən başqa əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Prezidenti ilə görüşdən böyük şərəf hissi duyduğunu deyən Katsuya Vatanabe xoş sözlərə görə minnətdarlığını bildirib. O, ölkələrimiz arasında dostluq və xoş münasibətlərin mövcud olmasında dövlətimizin başçısının rolunu xüsusi qeyd edib.
Səfir COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib və qeyd edib ki, yaşıl iqtisadiyyata keçid, yüksək texnologiyaların inkişaf etdirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan COP29 çərçivəsində Yaponiya ilə birgə iş birliyinə hazırdır.
Katsuya Vatanabe öz növbəsində qeyd edib ki, ölkəsi yaşıl cəmiyyətin qurulması, yüksək texnologiyalar əsasında inkişafa mühüm əhəmiyyət verir və bu sahədə də ölkələrimiz arasında əməkdaşlıq üçün böyük imkanlar var. Səfir Azərbaycan-Yaponiya əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
15:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Diasın etimadnaməsini qəbul edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain de Muyserin etimadnaməsini qəbul edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin etimadnaməsini qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident yeni səfirləri qəbul etdi - YENİLƏNIBPrezident yeni səfirləri qəbul etdi - YENİLƏNIBPrezident yeni səfirləri qəbul etdi - YENİLƏNIBPrezident yeni səfirləri qəbul etdi - YENİLƏNIBPrezident yeni səfirləri qəbul etdi - YENİLƏNIBPrezident yeni səfirləri qəbul etdi - YENİLƏNIBPrezident yeni səfirləri qəbul etdi - YENİLƏNIBPrezident yeni səfirləri qəbul etdi - YENİLƏNIBPrezident yeni səfirləri qəbul etdi - YENİLƏNIB

Siyasi       Tarix: 07 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar en sonxeber son xeber hava