Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib.
azxeber.com President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında" Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq.
Qeyd edək ki, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:
- vəzifə maaşına əlavələr - təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1.0 mislinədək;
- mükafat və digər ödənişlər - təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Millətlər Liqası: Bu gün daha 10 oyun var
Bakıda "iki təkər" qaldıran sərxoş sürücü həbs olundu
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
Maşın məktəbli qardaşları vurdu
Ruslar kütləvi zərbəyə hazırlaşır, məlumatımız var
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO
Əlimiz tətikdədir, ABŞ-ı peşman edəcəyik - Əzizi
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
13 Azərbaycan vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Müğənni həbsxanaya göndərildi
Bu dəfə serial ulduzu olacaq
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq