Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı
Azərbaycan və Meksika arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq və sıx tərəfdaşlıq üçün böyük imkanlar var.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Azərbaycandakı Səfirliyinin Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə təşkil etdiyi qəbulda deyib.
"Meksika Latın Amerikası regionunda dinamik sürətlə inkişaf edən, çox ciddi iqtisadi artımlara imza atan və G20-nin aparıcı və fəal dövlətlərindən biridir. Bu xüsusda da ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq və sıx tərəfdaşlıq üçün böyük imkanlar var".
Hacıyev deyib ki, WUF13 çərçivəsində Meksika və Azərbaycan arasında əlaqələrin yeni perspektivləri açılıb:
"Hesab edirik ki, ölkələrimiz bu çərçivədə də şəhərsalma gündəliyinin beynəlxalq səviyyədə təşviq edilməsi, bu sahədə olan zəngin təcrübəmizin beynəlxalq ictimaiyyətlə bölüşülməsi baxımından da yaxşı imkanlara malikdirlər. Bu xüsusda da ölkələrimiz arasında yaxın əməkdaşlıq həyata keçirilir".

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı