Prezidentin köməkçisindən Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ
Prezidentin köməkçisindən Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ
"Gündəlik əsasda rəqəmlər onu göstərir ki, koronavirusa yoluxma artır. Artıq rəqəmlər 2000-i keçib, eyni zamanda, yoluxma nəticəsində ölənlərin sayı da çoxluq təşkil edir".
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, Vətən Müharibəsi ilə yanaşı, ikinci cəbhədə - koronavirus cəbhəsində mübarizəmiz davam edir:
"Son dövrlər dünya miqyasında koronavirusa yoluxma sayının artdığı müşahidə edilir. Qonşu ölkələr - Gürcüstan, Rusiya, İran, Türkiyədə yoluxma saylarının artımında dinamika müşahidə olunur.
Avropa İttifaqı ölkələri, o cümlədən, dünyanın başqa ölkələrində də yoluxma artır. Azərbaycanda COVID-19-a yoluxma rəqəmlərinin gündəlik əsasda artım tendensiyası narahat doğuracaq saydadır.
Bu da ciddi narahatlıq mövzusudur. Vətən Müharibəsində olduğumuzu nəzərə alaraq, koronavirusa yoluxma sayı hər kəsi narahat edir".
O vurğulayıb ki, yaralı əsgərlərimizin müalicəsi də səhiyyə sistemində qarşıda duran vəzifələrdəndir:
"Səhiyyə sistemi iki cəbhədə işini görür. Bununla bərabər, koronavirus xəstələrinin sayının artması narahatedicidir. Kim Vətən Müharibəsinə öz töhfəsini vermək istəyirsə, qaydalara riayət etməlidir", - deyə o qeyd edib.
İlhamə Əbülfət

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR