Prezidentin Moskvada verdiyi MÜHÜM MESAJ - Regionda yeni proseslər başladı

Prezidentin Moskvada verdiyi MÜHÜM MESAJ - Regionda yeni proseslər başladı"Azərbaycan Respublikası mühüm siyasi platformaya çevrilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclaslarında fəal şəkildə iştirak edərək dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə böyük töhfə verir".
KONKRET.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Ramid Ramazanov bildirib.
O özünün yazdığı məqalədə daha sonra bunları qeyd edib:
"Prezident İlham Əliyevin oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və verdiyi mühüm mesajlar bu baxımdan yeni siyasi reallıqlar fonunda bir sıra məqamlara da aydınlıq gətirilməsi ilə yadda qaldı.
İlk növbədə, tədbirin ev sahibi Rusiya Federasiyası ilə münasibətlərimizin bütün sahələrində artan dinamikasına nəzər salındı və yeni siyasi-iqtisadi keyfiyyət dəyişikliklərinin müşayiət olunduğu xatırlandı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Rusiya Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri münasibətlərin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Rusiya dövlət başçısının cari ilin avqust ayında ölkəmizə səfəri çərçivəsində imzalanmış yeni sazişlər əməkdaşlığın daha da inkişafı üçün əlavə imkanlar yaratmaqla yaxın qonşuluq və dostluğun xarakterini bariz şəkildə əks etdirməkdədir. İki ölkə arasında iqtisadi əlaqələrin ritmi hər il yüksəlir və 2024-cü ilin yanvar-avqust aylarında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 3 milyard dollara çatıb. Hazırda Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşları sırasında 3-cü yerdə dayanır.
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaratdığı əlverişli və fayda verməyə yönəlmiş addımları Rusiya və digər MDB ölkələri ilə münasibətlərdə yeni keyfiyyət dəyişikliklərinə səbəb olub. Şimal-Cənub nəqliyyat dəhlizinin yeni potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət isə birbaşa rifah və iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Həmin nəqliyyat arteriyasının bir hissəsinə çevrilə biləcək Zəngəzur dəhlizi isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, eləcə də qardaş Türkiyə və türk dünyası üçün də yeni imkanlar aça bilər. Bu kontekstdə adıçəkilən layihələrin uğurla həyata keçirilməsi digər MDB ölkələri üçün də əlavə stimullar deməkdir.
Son dövrlərdə MDB ölkələri ilə Azərbaycanın əlaqələrinin məzmununu xeyli zənginləşib, əmtəə dövriyyələrinin həcmi və strukturu daha da genişlənib. Həmçinin birlik ölkələri ilə humanitar-mədəni əməkdaşlıq da keyfiyyətcə yeni səciyyə qazanmışdır. Bu humanitar platformanın qürurverici tablosu isə MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Şərqi Zəngəzur iqtisadi rayonun və eləcə də regionun trans-kommunikası mərkəzlərindən biri olan Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsidir. Bu qərarın verilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqında böyük fərəh və qürur hissi doğurdu.
Azərbaycan tolerant, multikultural, bəşəri humanizm və xeyirxahlıq ənənələrinin daşıyıcısıdır. Humanitar missiyası ilə bölgədə dərin dostluq təməlləri qurub. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi bu baxımdan Azərbaycana olan səmimi dostluq münasibətinin nümunəsi, etimadın göstəricisidir. Uzun illər ermənilərin silah, qaçaqmalçılıq, qanunsuz miqrasiya və narkotik vasitələrin dəhlizinə çevirdiyi Laçın indi sülh, rifah, MDB məkanında dostluq və humanizmin simvoluna çevrilmək üzrədir.
Həmçinin, III MDB Oyunlarının 2025-ci ildə ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə keçirilməsi Azərbaycanın idman ölkəsi kimi nüfuzunun göstəricisi, idman ictimaiyyətində qazandığı etibarın ifadəsidir. Bu tədbir Gəncənin timsalında regionlarımızda idman hərəkatının inkişafının da irəliləməsində, eləcə də təşviqində də əhəmiyyətli rol oynayacaq.
MDB Dövlət Başçıları Şurasının iclasında diqqət çəkən məqamlardan biri də II dünya müharibəsində qazanılmış qələbənin 80 illik yubileyi ilə bağlı müraciətin qəbul edilməsidir. Azərbaycanın bu müharibədə önəmi hədsiz dərəcədə böyükdür, ümumi qələbənin qazanılmasına həm sanballı töhfələr, həm də böyük sayda qurban verib. Belə ki, Azərbaycan əhalisinin 20.6 faizi (700 min) müharibədə iştirak edib, 350 mini həlak olub, eyni zamanda, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədə neft və neft məhsullarının 80, hərbi texnika üçün yanacağın 96 faizini təchiz edən Azərbaycan qələbənin əldə edilməsində qəhrəman respublikalardan biri kimi xatırlanır.
Beləliklə, MDB Dövlət Başçıları Şurasının iclası bir daha Azərbaycanın dostluq və mehriban qonşuluq münasibətlərinə sadiqliyini, dövlətlərarası və millətlərarası həmrəyliyə, etimada əməkdaşlığa töhfə verən nüfuzlu ölkə olmasını nümayiş etdirdi".
KONKRET.az

Siyasi       Tarix: 14 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri son xeberler bugun 2026 canli son xeberler bugun kriminal