Prezidentin xüsusi nümayəndəsi: 'Ağdamın tarixi mərkəzi açıq səma muzeyi kimi saxlanılacaq
"Ağdam şəhərinin tarixi mərkəzində inşası planlaşdırılan Zəfər muzeyinin layihəsini italiyalı mütəxəssislər hazırlayacaq".
"Report"un Qarabağ Mərkəzi xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, Ağdamın tarixi mərkəzi açıq səma muzeyi kimi saxlanılacaq: "Açıq səma muzeyində Ağdam teatrı və şəhər mərkəzi kitabxanasının binasının qalıqları da olduğu kimi qorunacaq. Burada İşğal muzeyi, memorial park və Zəfər muzeyləri inşa ediləcək. İşğal muzeyində olan otaqlardan biri Xocalı faciəsini əks etdirən audio və videoeffektlərlə qurulacaq. Eyni zamanda həmin gecə yaşananları ziyarətçilərə hiss etdirmək üçün otağın qış temperaturunda saxlanılması nəzərdə tutulur".
"Müharibə dəhşətlərini ziyarətçilərə tam şəkildə çatdırmaq üçün saxlanılan binaların qalıqlarının yanında süni göl yaradılacaq. Ziyarətçilər İşğal muzeyində Ağdamın ilk işğal edildiyi vaxtlarla tanış olduqdan sonra memorial bağda işğal dövründəki erməni vəhşiliyinin nümunələrilə tanış olacaqlar. Memorial bağın sonunda isə Zəfər muzeyi inşa ediləcək. Burada ziyarətçilər Vətən müharibəsi zamanı ordumuzun keçdiyi döyüş yolu, əsgərlərimizin şücaətləri ilə tanış olacaq, aparılan hərbi əməliyyatların coğrafi maketləri və sxemlərini görə biləcəklər. Zəfər muzeyində Vətən müharibəsində canınını fəda edən əsgərlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə xüsusi lövhə də qoyulacaq", - E.Hüseynov deyib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı