Prezidentin yeni vəzifəyə təyin etdiyi Mədət Quliyevin DOSYESİ

Prezidentin yeni vəzifəyə təyin etdiyi Mədət Quliyevin DOSYESİPrezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
azxeber.com oxu.az-a istinadən xəbər verir ki, M.Quliyev bu vəzifəyə qədər müdafiə sənayesi naziri idi. O, general-polkovnik ali hərbi rütbəsini daşıyır və Azərbaycanın Milli Qəhrəmanıdır. 
Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbinin birinci sinfinə gedib, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirib.
1975-1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra 1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.
1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.
Mədət Quliyev 1982-ci ildə Gəncə şəhərinin Dinamo İdman Cəmiyyətində təlimatçı olaraq çalışıb.
1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə başlayıb.
1993-1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin Banditizmə Qarşı Mübarizə bölməsinin rəisi vəzifəsində çalışıb. 1993-cü il 10 dekabr tarixində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır güllə yarası almasına rəğmən geri çəkilməyib və cinayətkarların zərərsizləşdirilməsinə nail olub.
1994-1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Regional Şöbəsinin (Yevlax-Qazax) rəisi vəzifəsində çalışıb. Mədət Quliyevin rəhbərliyi altında keçirilən əməliyyatlar nəticəsində ölkədə formalaşmış cinayətkar dəstələr və reket qruplaşmalar məhv edilib. Həmçinin, 1994-cü il oktyabr hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə polis polkovniki Quliyev Mədət Qəzənfər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
1995-1996-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi;
1996-2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini;
2001-2002-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi;
2002-2004-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi;
2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi;
2006-2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifələrini icra edib.
2011-ci ildə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
O, Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli 881 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli 1462 nömrəli Sərəncamı ilə Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib. 
2015-ci ildə Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilib və nazir vəzifəsini icra edib.
2015-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, 2019-cu ildən isə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri olub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ildə general-polkovnik ali hərbi rütbə verilib. 
Sabiq nazir sambo üzrə idman ustasıdır, triatlon idman növü ilə məşğuldur.
Rus, ingilis, alman və türk dillərini bilir.
Ailəlidir, 4 övladı var.

Siyasi       Tarix: 18 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri valyuta mezenesi xeberler azerbaycan valyuta mezennesi banklar