Prezidentlərin qarşısında çıxış edən Çinarədən - AÇIQLAMA
"Sənət adamı olaraq belə tarixi anların bir parçası olmaq mənim üçün böyük şərəfdir".
Bu sözləri azxeber.com-a açıqlamasında Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdə Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin qarşısında çıxış edən müğənni Çinarə Məlikzadə deyib.
Sənətçi konsertdə ifasının Ərdoğanı təsirləndirdiyi anlarda yaşadığı fərəh hissindən danışıb:
"Bu, liderlərimizin önündə çıxış etdiyim ilk səfər deyil. Amma hər dəfə səhnəyə çıxanda sanki ilk dəfə imiş kimi özəl bir həyəcan yaşayıram. Bu dəfə isə məsuliyyət daha da böyük idi. Çünki biz yalnız Azərbaycanın deyil, qardaş ölkə Türkiyənin və Pakistanın da rəhbərləri qarşısında çıxış edirdik. Bu, tək mənim yox, səhnəyə çıxan hər bir sənətçi üçün ikiqat məsuliyyət demək idi.
Bir tərəfdən üç qardaş ölkənin ali rəhbərlərinin iştirakı, digər tərəfdən isə müqəddəs Qarabağ torpaqlarında - Laçında səhnəyə çıxmaq…
Hər iki amil bu çıxışı mənim üçün unudulmaz və dəyərli etdi. Bu səfərdə hər bir not, hər bir söz xüsusi çəkidə idi. Sənət adamı olaraq belə tarixi anların bir parçası olmaq mənim üçün böyük şərəfdir. Laçında səslənən hər bir musiqi parçası, hər bir sənət nümunəsi azadlıq, birlik və şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuşdu. Qoy onların ruhu daim şad olsun. Biz var olduqca Azərbaycan musiqisi də, mədəniyyəti də, müqəddəs torpaqlarımızda daim səslənəcək!".
Aysel Hacızadə




Ustalar.az ustalar sayti [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür