Professor Mirzə Qurbanov vəfat edib

Professor Mirzə Qurbanov vəfat edibAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda "Polimer nano və aktiv kompozitlər fizikası" laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib.
azxeber.com "Report"a istnadən xəbər verir ki, Mirzə Əbdül oğlu Qurbanov 1941-ci il iyunun 20-də Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Elmlər Akademiyasının Fizika İnstitutunda böyük mühəndis vəzifəsində işləməyə başlayıb. 1968-ci ildə həmin İnstitutun aspiranturasına qəbul olan M.Qurbanov sonralar Y.V. Kurçatov adına Moskva Atom Enerjisi İnstitutuna ezam edilib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetində "Dielektriklərlə məhdudlaşdırılmış qaz aralığında elektrik boşalmaların tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək "Eksperimental fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yüksəlib.
O, dielektriklərdə istiliyin və güclü elektrik sahəsinin birgə təsiri şəraitində əvvəlcədən polyarlaşdırılmış polimer kompozitlərdə elektrik, istilikfiziki, elektromexaniki effektlərin və termostimullaşdırılmış cərəyan spektrlərinin yaranma mexanizmini tədqiq etməyə imkan verən cihazın yaradılmasına görə 1980-ci ildə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb.
1985-ci ildə "Dielektriklərin və yarımkeçiricilərin fizikası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə fizika-riyaziyyat elmləri doktoru professor adını alıb.
2015-ci ildə AMEA-nın 70 illik yubileyi ilə əlaqədar uzunmüddətli elmi və elmi-təşkilatı fəaliyyəti nəzərə alınaraq professor Fəxri Fərmanla təltif edilib.
2017-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən "İlin nüfuzlu ziyalısı" Ali media mükafatına layiq görülüb. M.Qurbanov elmi fəaliyyətinə görə beynəlxalq aləmdə tanınıb və Nobel mükafatına dəvət olunub.
M.Qurbanovun və mərhum yoldaşı Məfkurə xanımın 2 övladı, 4 nəvəsi yadigar qalıb.
Elm və təhsil sahəsindəki xidmətləri ilə tanınan, səmimiyyəti, qayğıkeşliyi və nəcibliyi ilə də fərqlənən M.Qurbanovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq!
Allah rəhmət eləsin!

Sosial       Tarix: 11 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü

İyulun 5-də Şərurun Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub. Qəza ilə bağlı Baş DYP İdarəsi məlumat yayıb. İlkin araşdırma zamanı məlu

Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB

Azərbaycanda yaşa görə əmək pensiyası almaq üçün əsas şərtlərdən biri sığorta stajı və ya tələb olunan pensiya kapitalının olmasıdır. -un -ə istinadən məlumatına görə, hazırda pensiya yaşına çatan minlərlə vətəndaş bu tələblər

Banklara gedənlər üçün vacib xəbər: Valyutaların alış-satış qiymətləri

Banklarda xarici valyutaların alış və satış məzənnələri yenilənib. xəbər verir ki, ABŞ dollarının (USD) rəsmi məzənnəsi əvvəlki kimi 1.700 manat səviyyəsində qalıb. Bununla belə, banklarda nağd dolların alış qiyməti 1.6940–1.696

Bakıda işləyən bu şəxslərin maaşı ARTIRILDI

Bakıda çalışanların orta aylıq əməkhaqqı açıqlanıb. xəbər verir ki, 2026-cı ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artıb. Bununla da, paytaxtd

Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?

Son illərdə pandemiyanın yaratdığı uzunmüddətli təsirlər, qlobal gərginliklər, eləcə də sosial və iqtisadi təzyiqlər insanların psixoloji vəziyyətinə təsirsiz ötüşməyib. Bununla yanaşı, son dövrlər sosial şəbəkələrdə psixolo

Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun

Yay aylarında qida zəhərlənmələrinin sayı artır və buna ən çox düzgün saxlanılmayan ərzaqlar səbəb olur. Mütəxəssislər isti havalarda bəzi məhsulların istehlakı zamanı daha diqqətli olmağı tövsiyə edirlər. Bildirilir ki

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0363 manat təşkil edib. Öz növbəsində, Rusiyanın 100 rubl

Bu şəxslərin beyni daha gec qocalır - ARAŞDIRMA

Bir neçə xarici dilə yiyələnmək beynin daha uzun müddət gənc qalmasına kömək edə bilər. Bu barədə fizik Dmitri Lapşin beynin bioloji yaşının müəyyən edilməsi ilə bağlı aparılan beynəlxalq araşdırmanın nəticələrinə istinadə

Ana-bala birlikdə məzun oldu - Foto

Bakıda ana və qızı birlikdə universitetdən məzun olublar. xəbər verir ki, bu barədə "Azərbaycan universitetləri" məlumat yayıb. Bildirilib ki, 44 yaşlı Aygün Qasımova 2022-ci ildə ADPU-nun Təhsildə sosial-psixoloj


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri cəbhədən son xeber xəbər.az bu gunun xeberleri