Professor: "Xankəndi sakininin guya acından ölməsi barədə iddialar tibbi biliklərə əsaslanmır"

Professor: Yalan danışmaqda, şər-böhtan atmaqda, məzlum donuna bürünərək ən qanlı cinayətlər törətməkdə bənzərsiz istedada malik olan ermənilər bu günlərdə Azərbaycana qarşı çirkin ittihamlarla dolu yeni qarayaxma kampaniyasına başlayıblar. Cənubi Qafqaza ayaq açdıqları gündən onlara qucaq açmış, çörək vermiş, əl tutmuş Azərbaycan xalqına qarşı olmazın cinayətlər, soyqırımları törədən ermənilər indi də guya Qarabağda "humanitar fəlakət" və "aclıq" səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşdiklərini dünya ictimaiyyətinə yeritməyə çalışırlar. İş o yerə çatıb ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın "ombudsmanı" X (tviter) sosial şəbəkəsində, digər erməni media və sosial şəbəkə səhifələrində Xankəndi şəhər sakini, 1983-cü il təvəllüdlü K.Hovhannisyanın guya uzun müddət qida qəbul etməməsi səbəbindən ölməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb. Ermənilər bu barədə həyasızlıqla səsləndirdikləri sərsəm fikirlərlə əslində özlərini dünyanın gözü qarşısında gülünc vəziyyətə qoyurlar.
KONKRET.az xəbər verir ki, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov ermənilərin bu iddialarının əsassız olduğunu tutarlı arqumentlərlə sübuta yetirir. AZƏRTAC professor Ə.Həsənovun qeydlərini təqdim edir.
Bu yalan və uydurma məlumatlarla bağlı bildirmək istərdim ki, əvvəlcə şəkil çəkilən zaman meyitin üzərinə və ya yanına miqyas qoyulmadığı üçün şəklin hansı tarixdə, hansı ölkədə və şəhərdə çəkilməsi müəyyən deyil. Şəkildə autopsiya masasında uzadılmış kişi cinsli şəxsin gövdəsinin ön tərəfi görünür və meyit arxası üstə uzadıldığı üçün qarnı yaprıxmış vəziyyətdədir. Bu isə aclığın və ya acından ölmənin əlaməti deyil. Meyitdə təkcə gövdənin ön səthində aşkarlanan təzə xəsarətlər və müxtəlif müddətlərə malik köhnə xəsarət izləri (sıyrıqlar və qançırlar, çapıq toxumaları) şübhəli məqamlardandır. Şəkildə meyitin yalnız gövdəsinin ön səthi göründüyü üçün onun bədəninin başqa yerlərində daha hansı xəsarətlərin və ya dəyişikliklərin olması barədə heç nə demək mümkün deyil.
Bundan başqa, döş qəfəsinin ön sol tərəfində ürək proyeksiyasında reanimasion tədbir nəticəsində iki ədəd ovalşəkilli defibrilyasiya izləri görünür. Bu da o deməkdir ki, həmin şəxs nə evdə, nə də küçədə ölməyib, o, xəstəxananın Reanimasiya şöbəsində ölüb və xəstəyə Reanimasiya şöbəsində reanimasion tədbirlər görülüb.
Yalnız fotoşəklə əsasən, hətta meyitin əyani xarici müayinəsinə əsasən belə, onun ölüm səbəbi barədə fikir yürütmək mümkün deyil. Bu, reallıqdan və peşəkarlıqdan çox uzaq absurd fikirdir. Yalnız xarici görünüşə və xarici müayinəyə görə meyitdə "acından ölmə" diaqnozunun qoyulması bizdə dərin təəssüf və təəccüb hissi doğurur.
Fotoşəkildəki görünüş əslində heç kaxeksiya (üzülmə) da deyil. Sadəcə arıqlamış bir şəxsə məxsus bədən quruluşudur. Belə bədən quruluşuna nəinki meyitdə, hətta canlı və sağlam şəxslərdə də rast gəlmək mümkündür.
Bu cür görünüşə alimentar kaxeksiyadan daha çox həyatımızda və gündəlik praktikada narkotik aludəçiləri arasında, səfil həyat tərzi keçirən xroniki alkoqolizm xəstələrində, xərçəng və digər bədxassəli onkoloji xəstələrdə (xərçəng kaxeksiyası), QİÇS xəstələrində (HİV-infeksiya), xroniki sepsis, vərəm, serebral ifliclər, xroniki mədə-bağırsaq xəstəlikləri (kolitlər, entero-kolitlər, mədənin, yaxud onikibarmaq bağırsağın xroniki xora xəstəliyi və s.) və digər ciddi xəstəliklər zamanı rast gəlinir.
Xroniki qida aclığı ilə əlaqədar insanın üzv və toxumalarında dəyişikliklər baş verir və buna "Alimentar mənşəli kaxeksiya" deyilir. Alimentar kaxeksiya zamanı dərinin rəngi bozumtul-bürünc rəngə çalır, şəkildəki kimi belə ağ və təmiz olmur. Alimentar kaxeksiya diaqnozu fotoşəkil və meyitin xarici görünüşü ilə müəyyən edilmir. Bildiririk ki, yayılan məlumatlar heç bir tibbi biliklərə əsaslanmayan iddialardır.

Siyasi       Tarix: 16 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar en son xeberler bu gun ən son xəbər şou biznes xəbərləri