Prostat xərçənginin erkən əlamətləri - 40 yaşından sonra kişilərin diqqətinə

Prostat xərçənginin erkən əlamətləri - 40 yaşından sonra kişilərin diqqətinəDünyada prostat vəzinin xərçəngi ilə xəstələnmə halları xüsusən yaşlı kişilər arasında ilbəil artmaqda davam edir. Hazırkı dövrə qədər, xəstəliyin əmələgəlmə səbəbləri, hələ də dəqiq şəkildə müəyyən edilməyib.
Milli.Az medicina.az-a istinadən bu xəstəliyin risk faktorlarını, ən çox kimdə rast gəlinəcəyini təqdim edir.
- yaş faktoru; ən əsas faktor hesab edilir. Kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər də artmış olur;
- kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri; - piylənmə; - irsiyyət; - zərərli istehsal sahələrində işləmək; - zərərli adətlərin olması (siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s.)
İlkin əlamətləri
Digər, əksər xərçəng şişləri kimi, prostat vəzinin xərçəngi də xəstəliyin ilkin dövrlərində özünü heç bir əlamətlə büruzə vermir.
Müəyyən müddətdən sonra şiş ölçülərinin getdikcə artması səbəbindən sidik kanalının sıxılması baş verir. Bu isə öz növbəsində sidik ifrazının çətinləşməsinə, sidiyin sidik kisəsində ləngiməsinə, sidikdə qan qarışığının olmasına səbəb olur.
Bəzi hallarda sidiyi saxlaya bilməmək kimi əlamət də yarana bilir. Bu zaman gün ərzində olan sidik ifrazı 15-20 dəfəyə çatır (normada gün ərzində 4-5 dəfə və gecə 1 dəfə), onlar güclü sidiyə çağırış hissiyyatı və ağrı ilə müşayiət olunurlar. Şiş toxum kisəciklərinə sirayət etmiş (yayılmış) olarsa, potensiya qabiliyyətində müəyyən problemlər də baş verə bilər. Şiş daha böyük ölçülərə çatmış olduqda, xəstələrdə qəbizlik, defekasiyanın (nəcis ifrazı) ağrılı olması, nəcisdə qan olması kimi əlamətlər də yarana bilər.
Müayinəsi
Prostat vəzinin xərçəngi sonrakı dövrlərində limfatik düyünlərə, sümüklərə, ağ ciyərlərə, qara ciyərə də metastaz verə bilər. Müayinə zamanı həkim uroloq-androloq prostat vəzinin bərkliyini aşkar etmək üçün düz bağırsaqdan olmaqla barmaqla onun müayinəsini aparır.
Bu zaman bərklik müəyyən edilmiş olarsa, xüsusi rektal ultrasəs müayinəsi (USM) və qanda prostat-spesifik antigenin (PSA) müəyyən edilməsi təyin edilir. PSA yalnız prostat vəzi xərçənginin spesifik göstəricisi deyil. Belə ki, qanda onun səviyyəsinin artması prostat vəzinin müxtəlif iltihabi proseslərində, prostat vəzinin adenoması zamanı, cinsi əlaqədən sonra və orqanizmə olan müxtəlif müdaxilələr zamanı da artmış ola bilər. Ancaq əksər hallarda qanda PSA-nin səviyyəsinin yüksəlməsi, prostat vəzidə xərçəng xəstəliyinin olmasına şübhə yaradan yeganə əlamət olur.
Bundan sonra prostat vəzinin biopsiyası aparılır. Bu isə prostat vəzi xərçəngi diaqnozunu təsdiq etmək üçün əsas üsul hesab edilir. Prostat vəzinin biopsiyası əksər hallarda USM nəzarəti altında aparılır. Bu zaman xüsusi alətin köməkliyi ilə düz bağırsaqdan olmaqla, hüceyrə quruluşunun müayinəsi üçün prostat vəzinin müxtəlif sahələrindən bir neçə mikroskopik (çox kiçik) tikə vəzi toxuması götürülür.
Xərçəng diaqnozu təsdiq edildiyi halda çanaq üzvlərinin KT (kompüter tomoqrafiyası), MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsi və həmçinin sümüklərdə metastazların olmasını istisna etmək üçün xüsusi müayinə keçirilir.
Prostat vəzi xərçənginin müalicə üsulunu seçərkən həkim xəstəliyin inkişaf mərhələsini, kişinin yaşını, fəsadların baş vermə təhlükəsini və s. bu kimi xüsusiyyətləri nəzərə alır.
Prostat vəzi xərçənginin əsas müalicə üsulları aşağıdakılardır:
1. Gözləmə taktikası - Bu üsul ağır yanaşı xəstəlikləri olan yaşlı kişilərdə tətbiq edilir. Bu zaman xəstəyə heç bir müalicə yazılmır. O ancaq daimi həkim nəzarətində olur. Mütəmadi olaraq qanda prostat spesifik antigenin (PSA) səviyyəsi təyin edilir və prostat vəzinin USM-i aparılır;
2. Cərrahi müalicə - prostat vəzinin xaric edilməsi - prostat vəzi xərçənginin əsas müalicə üsuludur. Hazırkı dövrdə kişinin həm cinsi funksiyasını və həm də sidiyi normal saxlamaq xüsusiyyətini qoruyan cərrahi əməliyyatın texniki cəhətdən icra edilməsi üsulu işlənilib hazırlanmışdır;
3. Şüa ilə müalicə - radiasiyadan istifadə etməklə bədxassəli şişin dağıdılması. Bu zaman şüalanmaya məruz qalan hüceyrələrin DNK quruluşu pozulduğu üçün onlar çoxalma xüsusiyyətlərini itirmiş olur, qocalaraq məhv olurlar; 4. Krioterapiya - bədxassəli şiş toxuması hüceyrələrinin aşağı temperaturun təsiri ilə məhv edilməsi;
5. Hormonal terapiya - bu zaman kişi cinsi hormonlarının təsirini təcrid edən dərman preparatlarından istifadə edilir. Hormonal terapiyadan, digər üsullardan heç birinin tətbiq edilməsi mümkün olmadıqda istifadə edilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 09 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri cəbhədən son xəbər sonxeber.az xeberler bugun 2026