Zəncəfilin faydaları və zərərləri - Mütəxəssis

Zəncəfilin faydaları və zərərləri - MütəxəssisZəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.
KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova zəncəfilin istifadə qaydasından danışarkən bildirib.
"Zəncəfilin tərkibindəki təsiredici maddələr, məsələn cincirol birbaşa iltihab əleyhinə və antioksidant təsir göstərərək sərbəst radikallarla mübarizədə əsas rol oynayır. Qurudulmuş zəncəfildə ağrıkəsici təsiri var; baş ağrısı, mədə ağrısı və ya digər nahiyələrdə ağrı hiss olunanda qurudulmuş və ya bir az bişirilmiş zəncəfildən istifadə etmək ağrını yüngülləşdirə bilər. Zəncəfil həm mikroblara qarşı təsirli, həm də tərkibindəki B6, C və E vitaminləri sayəsində sinir sistemi funksiyasını yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir, immuniteti gücləndirir və hüceyrələri qoruyaraq yeni hüceyrələrin bərpasına kömək edir. Həmçinin maqnezium, dəmir, sink, kalsium, fosfor və kalium kimi mineralların mövcudluğu sümük sağlamlığını dəstəkləyir, sinir və əzələ funksiyalarını bərpa edir və ürəyin sağlam fəaliyyətinə töhfə verir. Zəncəfilin yağı müalicə vasitəsi kimi istifadə olunur və lifli qida olduğuna görə mədə-bağırsaq sistemini dəstəkləyir", – o bildirib.
Ekspert zəncəfildən istifadə edərkən onun faydalarından yararlanmaqla yanaşı, zərərlərinə də diqqət etməyin vacibliyini vurğulayıb:
"Həddindən artıq qəbul mədədə yanma, mədə turşuluğunun artması və qəfil spazmlara səbəb ola bilər. Qan laxtalanmasını gecikdirir və qan durulducu təsir göstərdiyi üçün xüsusilə əməliyyat öncəsi çox istifadə olunmamalıdır. Hamiləlikdə diqqətlə istifadə edilməlidir, çünki çox miqdarda qəbul erkən doğum riskini artırır. Həmçinin təzyiqi aşağı salma təsiri olduğundan, aşağı təzyiqli insanlar onu çox qəbul etməməlidir. Bu halda baş gicəllənməsi, baş ağrısı, qəfil ürək getməsi kimi reaksiyalar yarana bilər, çox nadir hallarda isə alerjik reaksiyalar dəridə səpki və qaşınmaya səbəb ola bilər.
Ümumiyyətlə, zəncəfildən doğru miqdarda və düzgün şəkildə istifadə edildikdə, orqanizm üçün bir çox faydalı xüsusiyyətlərindən yararlanmaq mümkündür".

Sağlamlıq       Tarix: 11 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? – SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağı

Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı

"Bu briket insanı 24 saat ərzində yaşatmaq üçün nəzərdə tutulub, — serjant xırıltılı səslə izah etdi. — Onun tərkibində vitaminlər, mineral maddələr, zülallar və selitra var. Bir sözlə, rəhbərliyin əsgər orqanizmi üçü

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Gürcüstanda surroqat analıq qadağan edilir

Arzusu – Demokratik Gürcüstan" Partiyası surroqat analığın tamamilə qadağan edilməsi barədə qərar qəbul edib. Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqd

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam az xeberler xeberler bu qun sonxeber az bugun xeberler