Ölkədə yayılan virusdan necə qorunaq?

Ölkədə yayılan virusdan necə qorunaq?Havaların soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyaların, həmçinin, qripin yayılmasında artım müşahidə olunur.
Kəskin respirator virus infeksiyaları yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq, düzgün müalicə olunmadıqda isə ağırlaşmalarla müşayiət olunur.
Əhalinin ən həssas təbəqələri – yaşlılar, xroniki xəstələr, hamilə qadınlar və uşaqlarda bu infeksiyalar daha ağır gedişatlı və fəsadlı ola bilər.
KONKRET.azmedicina.az-a istinadla xəbər verir ki, kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər mühüm rol oynayır. İnfeksiyadan qorunmaq və xəstəliyə yoluxmamaq üçün
-tibbi maskadan istifadə;
-otaq havasının tez-tez dəyişdirilməsi;
-əllərin təmizliyi
-sağlam qidalanma
-immun sisteminin gücləndirilməsi vacibdir.
İmmun sisteminin gücləndirilməsi virus infeksiyalarının profilaktikası üçün əhəmiyyətli şərtlərdəndir. Virusəleyhinə immun cavabda vit. C mühüm rol oynayır. Xüsusilə vitamin C-nin yüksək konsentrasiyası immun sisteminin virusa qarşı adekvat cavabı üçün çox vacibdir, çünki mitoxondrial, virusəleyhinə siqnal zülallarının və interferonun əmələ gəlməsi üçün bütöv kaskadı induksiya edir. Həmçinin, Vit. C defisitində dərinin və selikli qişanın baryer funksiyası yetərli olmur.
Vit. C-nin çatışmazlığı orqanizmin immun sistemini zəiflədir. Vitamin C orqanizmdə güclü antioksidant və əsas immunomodulyatorlardan biri olaraq, infeksiyaya və iltihaba qarşı müdafiəni aktivləşdirir. Bu baxımdan venadaxili Yüksəkdozalı vitamin C kəskin respirator virus xəstəliklərinə yoluxmuş insanlara tövsiyə olunur.
Yüksəkdozalı Vitamin C-nin terapevtik faydası tədqiqatlarla sübut olunub. Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:
• İmmun hüceyrələrinin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir
• Komplement sistemini aktivləşdirir
• İnterferon sintezini artırır
• Antioksidant təsir göstərir
İstifadə qaydası: Yüksəkdozalı vit. C 7,5 g – 50 ml + NaCl 0,9% -100 ml venadaxili damcı üsulu ilə həftədə 2 dəfə.

Sağlamlıq       Tarix: 04 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin


yeni xeberler azerbaycan xeberleri son xeberler xabarlar xeberler bugünki xəbərlər bu gune olan xeberler