Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?

Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?İmtahan sessiyası yaxınlaşdıqca tələbələr və abituriyentlər arasında həyəcan səviyyəsi yüksəlir. Mütəxəssislər bildirirlər ki, imtahan zamanı əldə olunan nəticə yalnız bilik səviyyəsindən deyil, həm də psixoloji hazırlıqdan asılıdır. Bəzən ən hazırlıqlı gənclər belə yüksək gərginlik səbəbindən bildiklərini tam şəkildə nümayiş etdirə bilmirlər. Psixoloqlar hesab edirlər ki, stressin vaxtında idarə olunması və düzgün hazırlıq strategiyası imtahan uğurunun əsas şərtlərindən biridir.
azxeber.com xəbər verir ki, psixoloq Turanə Xəlilova Editor.az-a açıqlamasında bildirib ki, son dövrlərdə ölkəmizdə imtahan verən tələbə və gənclər arasında ən çox müzakirə olunan məsələlərdən biri imtahan stresinin öhdəsindən gəlmək, gərginliyi azaltmaq və bu prosesə düzgün adaptasiya olmaqdır:
"Doğrudan da, bu gərginlik və panikadan xilas olmaq üçün müəyyən üsullardan istifadə etmək lazımdır. Çox vaxt deyirik ki, oxuyan tələbə onsuz da imtahanda uğur qazanacaq. Lakin biliyi və savadı olan şəxslər də həddindən artıq həyəcan keçirdikdə potensiallarını tam şəkildə ortaya qoya bilmirlər. Onlara ayrılan vaxt bəzən olduğundan daha qısa görünür. Halbuki prosesin böyük hissəsi insanın öz nəzarəti və özünü idarə etmə bacarığından asılıdır.
İnsan nə qədər çox gərginlik yaşayırsa, orqanizmdə stress hormonu olan kortizolun səviyyəsi də bir o qədər yüksəlir. Maraqlıdır ki, kortizol artmağa başlamazdan əvvəl orqanizm müəyyən siqnallar verir. Gecələr yuxusuzluq, oxunan məlumatların yadda saxlanılmaması, diqqətin zəifləməsi, saç tökülməsi, dırnaqların tez qırılması, dəridə qaşınma və digər nevroloji-sinir mənşəli əlamətlər bu vəziyyətin göstəriciləri ola bilər. Bunların hamısı birbaşa stresslə əlaqəlidir.
Bu gün demək olar ki, hər kəsin əlində smartfon var və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə gənclər müxtəlif platformalar vasitəsilə öz suallarına cavab axtarmağa çalışırlar. Lakin həddindən artıq informasiya axını bəzən beyində lazımsız məlumatların toplanmasına səbəb olur və nəticədə tələbə və ya abituriyentin üzərində əlavə psixoloji yük yaradır.
İmtahan zamanı yaranan ani gərginliyi idarə etmək üçün diqqəti qısa müddətlik başqa istiqamətə yönəltmək faydalı ola bilər. Əgər tələbə sualı gördükdə donub qalırsa və ya "heç nə bilmirəm" hissinə qapılırsa, ilk növbədə dərindən nəfəs almalıdır. Bu, geniş istifadə olunan nəfəs texnikalarından biridir. Dərindən nəfəs alıb bir neçə saniyə saxladıqdan sonra yavaş şəkildə nəfəsi buraxmaq tövsiyə olunur.
Bundan əlavə, ətrafdakı eyni adlı əşyaları müəyyən edib onları saymaq diqqətin panikadan uzaqlaşdırılmasına kömək edir. Əgər vaxt məhduddursa və imtahan prosesi davam edirsə, tələbə əllərini dizlərinin və ya masanın üzərinə qoyaraq gözlərini bir neçə saniyə yumub dərin nəfəs məşqi edə bilər".
Psixoloq qeyd edib ki, bir çox insanlar imtahana bir-iki gün qalmış daha çox oxumağın və plansız şəkildə materialları təkrarlamağın faydalı olduğunu düşünürlər:
"Lakin bu yanaşma düzgün deyil. Həddindən artıq informasiya beyində sistemli şəkildə yerləşmiş biliklərin qarışmasına səbəb olur və insan hansı məlumatdan sonra nəyi etməli olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.
Vaxtın düzgün idarə olunmaması da problemlər yaradır. Bəzən üç saatlıq imtahan müddəti belə kifayət etmir. İki saatlıq yazılı imtahan zamanı tələbənin bildiyi sualları unutması və ya xatırlaya bilməməsi əksər hallarda psixoloji gərginliyin yüksək olmasından qaynaqlanır.
Belə hallarda yenidən nəfəs texnikalarından istifadə etmək, diqqəti qısa müddətlik başqa istiqamətə yönəltmək və beyni fərqli fəaliyyətlə məşğul etmək faydalıdır. Əgər klassik nəfəs texnikası effekt vermirsə, başqa bir üsuldan istifadə etmək olar. Tələbə təsəvvür etməlidir ki, başının üzərində bir şar var və onun aşağı düşməməsi üçün başını yuxarı qaldıraraq dərindən nəfəs alıb nəfəsini yavaş-yavaş buraxır. Sanki həmin şarı göyə doğru üfürür.
Eyni zamanda, bu dövrdə qidalanmaya da xüsusi diqqət yetirilməlidir. Həddindən artıq şokolad qəbulu, enerji içkilərindən istifadə və ya musiqi dinləyərək dərs oxumaq tövsiyə edilmir. Bu vasitələr qısa müddətli rahatlıq hissi yaratsa da, diqqətin və enerjinin düzgün istiqamətləndirilməsinə kömək etmir.
Şokolad istehlak ediləcəksə, tünd şokolada üstünlük verilməlidir və bu da normadan artıq olmamalıdır. Tünd şokolad həm müsbət emosiyaların yaranmasına təsir göstərir, həm də beynin fəaliyyətini müəyyən qədər dəstəkləyir".

Sosial       Tarix: 04 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal bugun en son xeberler cəbhədən video son.xeberler