"Pul kisələri"nin bayram istirahəti: "Yeni il ərəfəsində günlük evlərin qiyməti fantastik həddə çatıb" - FOTO

"Pul kisələri"nin bayram istirahəti: "Yeni il ərəfəsində günlük evlərin qiyməti fantastik həddə çatıb" - FOTO
Yeni il ərəfəsində ənənəvi olaraq Bakıdan bölgələrə insanların axını gözlənilir. Quru sərhədləri bağlı olduğu üçün ölkə vətəndaşlarının əksəriyyətinin 2023-cü ili müxtəlif şəhər və rayonlarımızda qarşılamağa üstünlük verəcəyi gözlənilir. Yeni il bayramı ilə əlaqədar qış turizmi üçün əlverişli regionlarda evlərin günlük kirayə haqqının bahalaşdığı bildirilir.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, pandemiyada xarici ölkələrə gediş-gəliş qapalı olduğuna görə, bölgələrə üz tutanların sayı artıb:
"Pandemiya başlayandan sonra Azərbaycanda quru sərhədlərin bağlanması daxili turizmi inkişaf etdirməyə başladı. Pandemiyadan öncə də vəziyyət pis deyildi. Yay aylarında insanların bir qismi istirahət üçün digər ölkələrə getsə də, digər hissəsi Azərbaycanın bölgələrində qalırdı. Sərhədlər bağlanandan sonra Azərbaycan əhalisi bölgələrimizlə daha yaxından tanış oldu.
Bu, təbii ki, çox yaxşıdır. Hər il onminlərlə Azərbaycan vətəndaşı xarici ölkələrə turist qismində üz tuturdu. Ölkədən böyük pullar çıxırdı. Daha çox Gürcüstan, Türkiyə və Ukraynaya səfər edirdilər".
E.Fərzəliyev qeyd edib ki, evlərin kirayə qiymətinin kəskin bahalaşması həmin bölgədə yaşayan insanların maddi durumunun yaxşılaşmasına gətirib çıxarır:
"Bölgələrdəki gündəlik kirayə evlərin qiyməti kəskin bahadır. Hər insan üçün əlçatan deyil. İstirahət deyəndə imkanlı şəxslər nəzərdə tutulur. Minimal əməkhaqqı ilə yaşayan ailələr də az deyil. Belə ailənin maaşı heç bir günün kirayəsinə bəs etməz. Ən ucuz ev 50 manatdan başlayır, 150-200 manata qədər dəyişir.
Bu, həmin bölgədə yaşayan insanların maddi durumunun yaxşılaşmasına gətirib çıxarır. Onlar da bayramdan-bayrama, yayda qazanırlar. Evlərə kirayə pulu ödəməklə iş bitmir. Dükanlara, kafe-restoranlara pul xərclənir. Bu da işlək bir mexanizmə çevrilib.
Daim turizm sektorunu inkişaf etdirməyə çalışırıq. Xarici turisti Azərbaycana cəlb etmək üçün birinci növbədə yerli vətəndaşların özlərini turist kimi cəlb etmək lazımdır".
Ekspert əlavə edib ki, tələbat çox olduğundan qiymətlər fantastik həddə çatıb:
"Yerli vətəndaş bizdən məmnun qalmalıdır ki, xarici vətəndaşlar da gəlsinlər. Turistik zonalarda kirayə evlərin qiymətinin baha olması ilə əlaqədar hotellərdə də qiymət yüksəkdir. Kafe-restoranlarda qiymət kəllə-çarxdadır. İnsanlara, sadəcə, gəlir mənbəyi kimi baxırlar.
Bunun davamlı olacağını düşünmürəm. Nəzarət sistemi olsa, vergi tətbiq olunmalıdır ki, standartlaşma olsun. Məsələn, cənub bölgəsinə daha çox axın var. Amma elə etmək lazımdır ki, axın Azərbaycanın başqa bölgələrinə də olsun. Qonaqlama yerləri olmalıdır ki, insanlar orada qala bilsinlər.
Bizdə gələn adama maksimum pul mənbəyi kimi baxırlar. Bakıda kirayə evlərin qiyməti fantastik bahadır. Tələbat çoxdur. Evlər boş qalsa, kirayə qiyməti enəcək. İnsanlar başqa seçim olmayanda baha evləri kirayə götürürlər".
Turizm eksperti Ceyhun Aşurov isə əlavə edib ki, əvvəllər xaricə gedən ölkə vətəndaşları indi istirahətlərini ölkə daxilində edirlər:
"2019-cu ildə beş milyondan çox Azərbaycan vətəndaşı xaricə səfər edirdisə, 2022-ci ilin əvvəlindən oktyabr ayına qədər olan müddətdə bir milyondan bir az çoxdur. Yəni dörd-beş dəfə azalma var. Daxili bazarda, Azərbaycana gələn turistlərin sayında 2019-cu illə müqayisədə daha çox - 60 faizə qədər bərpaolunma varsa, ölkə vətəndaşlarının xaricə səfərləri haqda bunu deyə bilmirik. Bu o deməkdir ki, xaricə gedən bir çox Azərbaycan vətəndaşları öz istirahətlərini ölkə daxilində təşkil edirlər".
C.Aşurov bildirib ki, tələb çox olmadığı dövrdə endirim və güzəştlərə rast gəlmək mümkündür:
"İstirahətlərini daxili regionlarda təşkil etmək istəyən vətəndaşlarımızın sayı çox olduğuna görə qiymətlər artıb. Qiymət tələbatdan yaranır. Alıcı varsa, tələbat çoxdursa, onlar da bu qiymətə öz məhsullarını sata bilirlər. Elə bu səbəbə görə də regionda olan evlərin kirayə qiyməti qalxıb. Normalda 50 manata olan ev həmin ərəfədə 100 manata qalxır. Səbəb tələb və təklifdir.
Nəzərə almaq lazımdır ki, dünya bazarında da qiymətlər qalxıb. Xaricə səfərlər heç də əvvəlki kimi deyil. Quru sərhədlər bağlıdır. Xaricə təyyarə ilə səfər etməliyik. Daxili bazara yüklənmə var".
Nəzrin Vahid

Turizm       Tarix: 18 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy


azerbaycan xeberleri son xeberler yeni xeberler sosial yardim son xəbərlər bugün 2026 cəbhədən son xəbərlər valyuta mezennesi 2026