"Puldan əl çəkib işə başlayın" deyirlər - "Eurohome"dan VİDEO

"Puldan əl çəkib işə başlayın" deyirlər - "Eurohome"dan VİDEO"Puldan əl çəkib işə başlayın" deyirlər - "Eurohome"dan VİDEO
"Eurohome" tikinti materialları bazarında 2019-cu ilin dekabrında baş verən birinci yanğından sonra külli miqdarda zərərə düşən sahibkarlar hələ də kompensasiya ala bilməyiblər. Onlara təzminat əvəzinə bazarda bir ilə qədər icarə haqqı ödəmədən obyektlər işlətmək təklif olunur. Lakin yanğından yarım milyon manata yaxın zərərlə çıxan sahibkarlara bu təklif əlverişli deyil.
Bu şikayətlə "Qafqazinfo"ya bir qrup sahibkar müraciət edib. 
İstilik sistemlərinin satışı ilə məşğul olan Zamiq Əhmədovun sözlərinə görə, ona 426 min manatlıq ziyan dəyib. Deyir ki, hadisədən doqquz ay vaxt keçsə də, heç kim onların vəziyyəti ilə maraqlanmır:
"Nə qədər şikayət etsək də, heç kim araşdırmır. Çağırıb soruşan yoxdur ki, vəziyyətiniz necədir, uşaqlarınızın yeməyi varmı? Hər şeyimiz yanıb, evim bankda girovdadır, pul ödəyə bilmirəm. Bazar rəhbərliyi ancaq icarə haqqı yığmaqla məşğul idi. Həm də müqavilədə hər kvadrat metrə görə 8 manat icarə haqqı yazılsa da, bizdən kvadrat metrə 25 manat pul alırdılar. Bazarın rəhbəri Azay Möhnətov yanğın olan zaman dedi ki, məsələni yoluna qoyacaq, amma indi də deyir ki, kompensasiya ödəmirəm".
Digər sahibkar Sənan Məhərrəmova isə 324 min manatlıq ziyan dəyib. Onun sözlərinə görə, bazarda çalışan sahibkarlara bazar rəhbərliyi tərəfindən razılaşma üçün sənəd təklif olunub:
"Sənəddə qeyd olunur ki, guya bizim bazar rəhbərliyindən şikayətimiz yoxdur. Təklif edilir ki, puldan əl çəkin, gəlin işə başlayın. Müvəqqəti olaraq, altı ay - bir il müddətinə icarə haqqı verməkdən azad olunuruq. İşçilərin təxminən 70-80 faizi bununla razılaşıb. Onların əksəriyyəti az ziyan dəymiş "vitrin sahibkarları"dır. Belə ki, onlar bizdən və digər sahibkarlardan nisyə mal götürüb vitrinlərə düzürlər. Onlara 10-15 min manat, ən çox halda 20 min manat ziyan dəyib. Bir il icarə pulu ödəməsələr, bu, onları qane edir. Mənim isə 324 min manatlıq malım yanıb, istilik sistemlərinin satışı ilə məşğul olurdum. Mənə nəinki altı ay, heç 10 il də icarə haqqı alınmasa, sərf eləmir. Boş dükanı götürüb ora nə mal vuraq? Hansı pulla mal vuraq? Bizim istəyimiz, tələbimiz odur ki, işimizə baxılsın. Bizim vəziyyətimizdə olan 15 nəfərə yaxın sahibkar var." 
2013-cü ildən bazarda fəaliyyət göstərən digər bir sahibkar Ramin Gülməmmədov isə deyib ki, hazırda bütün satış materialları yandığından mağaza işlətməyə imkanı yoxdur:
"Bizə deyirlər ki, obyektlər var, götürün, təmir edin icarə haqqı vermədən işlədin. Elə təmirə azı 10-15 min manat pul lazımdır. Bizə təzyiq edirlər, deyirlər, hər yerdə işimizi razılaşdırmışıq, kimə şikayət edirsinizsə edin. Biz nə deyirik odur, istəmirsiz, işləməyin. Bazar sahibinin köməkçisi Yalçın müəllimlə görüşmüşük, o da deyir pul yoxdur. Sizə vaxt verə bilərik ki, bu müddətdə icarə haqqı verməyəsiz. Şəxsən mənə 52 min 500 manat ziyan dəyib. Tikinti materialları satışı ilə məşğul olurdum. Pulumuzu versinlər, başqa heç nə istəmirəm".
Sahibkarlar həmçinin bildiriblər ki, ticarət mərkəzi əslində prokurorluğun rəsmi göstərişi əsasında bağlı olsa da, faktiki olaraq, fəaliyyət göstərir. Bazardakı mağazalar açılıb, alver gedir. 
Qeyd olunub ki, ticarət mərkəzində çəkilişə icazə verilməyib. Sahibkarların şikayəti ilə bağlı yalnız bazar sahibi Azay Möhnətovun köməkçisi və qohumu Yalçın Möhnətovla telefon əlaqəsi yaradılıb. O isə bildirib ki, heç bir problem olmayacaq və ziyan çəkən sahibkarlar sığorta ödənişindən sonra təzminat ala biləcəklər:
"Hazırda "Eurohome" fəaliyyət göstərir. İndi bazara sahibkarları yerləşdiririk. Artıq 99 faizini də yerləşdirmişik. Onlarla danışıqlar aparırıq. Kimin nə şikayəti, sözü varsa, bazar rəhbərliyinə müraciət etsin. Biz onları dinləyirik, qəbul edirik və problemlərini də həll edirik. Mənim telefonumu da bilirlər, onları qəbul etməyə hazıram.
Hələ sığortanı ala bilmədiyimizə görə kompensasiya ödəyə bilməmişik. Hazırda istintaq prosesi yekunlaşmayıb. Kompensasiya isə əlbəttə ödənəcək, amma sığorta ödənişi alınandan sonra".
Məlumat üçün qeyd edək ki, "Eurohome" ticarət mərkəzi ilk dəfə ötən il dekabrın 10-da qəfildən yanıb. Yanğın ümumilikdə 21000 kvadrat metr sahəni əhatə edib və 144 sahibkara ziyan dəyib. 

/oxu.az

Sosial     Baxılıb: 402   Tarix: 03 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Müsabiqə başlayır: Azərbaycan məktəbliləri kosmosa poçt kartı göndərəcəklər

Azərbaycan Kosmik Agentliyinin nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın, ABŞ-nin "Blue Origin" şirkətinin, "Club for the Future" təşkilatının, Azərbaycan Respublikası Təhsil İnstitutunun, Məktəbəqədə

Daha 3 itkin şəhidin qalıqları tapıldı - 33 il sonra

Uzun illər itkin kimi qeydiyyatda olan Füzuli rayon sakinlərinin taleyinə aydınlıq gətirilib.  "Teleqraf"a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 33 il əvvəl itkin düşmüş üç nəfərin nəşini

Bu üç bürcün insanları tezliklə bütün işlərində uğur qazanacaqlar

May ayının ilk yarısında üç bürc inamla uğur qazanacaq. . -un -a istinadən məlumatına görə, Merkurinin birbaşa hərəkəti onlara çox ehtiyac duyulan müsbət enerjini gətirir. Şanslılar bunlardır. Əkizlər. Artıq nə qədər şansl

Airblue' aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır

Pakistanın "Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır. Bu barədə -a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı–Laho

Bu həftə iş saatı qısaldılacaq

Azərbaycanın istehsalat təqviminə əsasən cari ilin may ayında iş saatlarında iki dəfə dəyişiklik ediləcək. İş vaxtının azaldılması Əmək Məcəlləsinin müvafiq tələbləri ilə tənzimlənir.  xəbər verir ki, ölkədə fəaliyyət göstərə

Qızıl bahalaşdı

Dünya bazarında qızıl yenidən bahalaşıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 1.38 faiz artaraq 4759 ABŞ dolları olub

Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - Foto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Sahib Azər oğlu Gülməmmədo

Məktəbdə halı qəfil pisləşən 14 yaşlı İlqara qan xərçəngi diaqnozu qoyuldu

Məktəbdə halı qəfil pisləşən 14 yaşlı İlqar Gərayzadəyə ağır diaqnoz qoyulub. xəbər verir ki, aparılan tibbi müayinələrdən sonra həkimlər ona qan xərçəngi (leykemiya) diaqnozu qoyublar. Vəziyyətinin ağırlaşması nəticəsind

Asif həkim dəfn edildi - Foto

Aprelin 30-u Milli Onkologiya Mərkəzində törədilmiş partlayışda ağır xəsarət alan və mayın 5-i vəfat edən həkim-radioloq Asif Nəsirli bu gün Göyçayda dəfn olunub. xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, həkimlər


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər az ən son xəbərlər xeber.az 2026 cəbhədən son xəbərlər 2026