"Pulları Ceyhun Cəfərovun göstərişi ilə almışam

Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısının həbsdə olan birinci müavini Tacəddin Novruzovun istintaqa verdiyi ifadəsi məlum olub.
azxeber.com "Report"a istinadən xəbər verir ki, o, dindirilən zaman bildirib ki, 2001-2014-cü illərdə Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.
T.Novruzov istintaq ifadəsində deyib ki, 2014-cü il iyunun 8-də Kürdəmir RİH-in başçısının birinci müavini vəzifəsinə təyin olunub:
"Vəzifəyə təyin olunduğum dövrdən saxlanıldığım dövrədək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov olub. O, 2016-cı ilin yanvar ayında məni xidməti otağına çağıraraq göstəriş verdi ki, rayonda olan müxtəlif abadlıq işlərinin görülməsi üçün Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatından aylıq olaraq 1500-2000 manat pul alıb ona verim. Onun göstərişinin qanunsuz olduğunu bildim, yenə də razılaşdım. Kombinatın direktoru Müşfiq Sadıqovu xidməti otağıma çağırdım və ona başçının verdiyi tapşırığı söylədim. Müşfiq Sadıqov da həmin vaxt razılaşdı və bir neçə gün sonra xidməti otağıma gələrək 1500-2000 manat məbləğində pulu təqdim etdi. Bundan sonra Ceyhun Cəfərovun xidməti otağına gedərək həmin pulu ona verdim. Ceyhun müəllim də həmin pulu saymadan oturduğu masanın kənarında olan daxıla qoydu. Həmin puldan da mənə 300-400 manat təqdim etdi.
Həmin dövrdən başlayaraq təxminən 2019-cu ilin aprel ayınadək mütəmadi olaraq ildə 4-5 dəfə olmaqla Kommunal Müəssisələr Kombinatının direktorundan 1500-2000 manat məbləğində pulu xidməti otağımda alıb təklikdə şəxsən Ceyhun Cəfərova vermişəm. O isə həmin puldan hər dəfə mənə 300-400 manat təqdim edirdi.
Sonra Müşfiq Sadıqov vəfat etdi. Həmin Müəssisəyə rəhbərlik onun oğlu Emin Sadıqov gətirildi. Emin Sadıqovdan da mütəmadi olaraq həmin məbləğdə pulu alaraq Ceyhun Cəfərova verirdim. 2019-cu ilin təxminən oktyabr ayında Kommunal Müəssisələr Kombinatının direktoru Emin Sadıqov həmin vəzifədən azad edilib, digər vəzifəyə keçirildi. Kombinata direktor isə Məhəmmədəli Surxayev təyin olundu. Yenə eyni qaydada onu xidməti otağıma çağıraraq Ceyhun Cəfərovun göstərişi barədə məlumat verdim və o, da razılaşdı. 2019-cu ilin oktyabr ayından başlayaraq 2020-ci ilin yanvar, fevral və mart aylarında mənə hər ay 1000-2000 manat məbləğində, bir dəfə də karantin rejimi vaxtında əlavə olaraq yenidən 1000-2000 manat məbləğində pul təqdim edib. Mən də həmin pulu təklikdə Ceyhun Cəfərova vermişəm. O da həmin puldan mənə həmişəki kimi 300-400 manat pul verdi".
T.Novruzov istintaqda Kürdəmir RİH-in həbsdə olan başçısı Ceyhun Cəfərovun göstərişi ilə rayon Təhsil Şöbəsinin inspektoru Mətləb Allahverdiyevdən 35-40 min manat və Rayon Mərkəzi Xəsətxanasının (RMX) baş həkimi Eynulla Novruzovdan aylıq olaraq 3-4 min manat pul aldığını etiraf edib.
O, əlavə olaraq ifadəsində vurğulayıb ki, Kürdəmir rayon Təhsil Şöbəsinin vəzifəli şəxsi Mətləb Allahverdiyev, Kürdəmir rayon Komunal Müəssisələr Kombinatının direktoru Müşfiq Sadıqov, Emin Sadıqov və Məhəmmədəli Surxayev, Kürdəmir RMX-nın baş həkimi Eynulla Novruzov həbsdə olan icra başçısı Ceyhun Cəfərovun onları həm xidməti otağında, həm də rayon səviyyəli tədbirlərdə danlayacağını, irad bildirəcəyini, işlərinə maneçilik törədəcəklərini bildikləri üçün həmin pulu verməyə razılaşaraq etiraz etməyiblər.
T.Novruzov məkkəmədə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, həmin şəxslərdən pulları rayonda əsaslı təmir və abadlıq işləri aparıldığı üçün aldığını söyləyib.
Qeyd edək ki, Ceyhun Cəfərov, Tacəddin Novruzov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərovla Tacəddin Novruzovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 21 aprel 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az son xeberler cəbhədən xəbərlər sonxabar iqtisadiyyat xeberleri bugun