Pulmonoloq: "Öskürək tənəffüs sistemində problem yaratmadığı müddətdə ona müdaxilə etməyə gərək yoxdur
Pulmonoloq: "Öskürək tənəffüs sistemində problem yaratmadığı müddətdə ona müdaxilə etməyə gərək yoxdur"
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il aprelin birinə kimi uzadılıb.
Eyni zamanda, ölkədə 18 yanvar saat 00:00-dan etibarən sərtləşdirilmiş karantin rejimi yumşaldı, həmin gündən etibarən ölkədə COVID-19 pandemiyasına qarşı peyvəndləmə başladı.
Media.Az-a açıqlamasında ağciyər xəstəlikləri mütəxəssisi (Pulmonoloq) Həsən Həsənzadə COVID-19-un müalicəsində ən çox rast gəlinən səhvlər barədə danışarkən bildirib ki, bu, virusla mübarizə ilə əlaqəsi olmayan çoxsaylı vitaminlərin istifadəsidir.
"Əgər insan orqanizmində vitamin çatışmazlığı varsa, həkim ona vitamin müalicəsi təyin edə bilər. Əsasən, immunodepressantları qəbul edən və ya immun çatışmazlığından əziyyət çəkən pasiyentlərdən başqa, digər insanların immuniteti adətən normada olur. Bütün digər insanlara sadəcə düzgün qidalanmaq kifayət edir.
Bununla belə, başa düşməyimiz lazımdır ki, immunitetinizi gücləndirmək məqsədi ilə çox yeməyə gərək yoxdur. Əksinə, bu, həm müalicə zamanı, həm də müalicə sonrası bir sıra problemlərə səbəb ola bilər", - deyə H.Həsənzadə qeyd edib.
Müsahibimiz həmçinin bildirib ki, yağlı qidaların ağciyəri hədəf alan koronavirusa qarşı mübarizədə müsbət nəticə verməsi kökündən səhvdir və bir çox hallarda hətta zərərlidir.
"Yemək dərman deyil. Bədənin sağlamlıq vəziyyətindən asılı olaraq, gün ərzində müəyyən miqdarda qida qəbul etməsi üçün gündəlik tələbat var. Bir çox hallarda normadan artıq yemək mənfi təsir göstərir", - deyə pulmonoloq vurğulayıb.
Mütəxəssis həmçinin əlavə edib ki, öskürək tənəffüs sisteminin qoruyucu mexanizmidir və onun infeksion proseslər zamanı olması normaldır:
"Öskürək tənəffüs sistemində problem yaratmadığı müddətcə ona müdaxilə etməyə gərək yoxdur. İnfeksion proseslər zamanı öskürəyin dayandırılması xəstəliyin pisləşməsinə səbəb olur və ya onun müddətini uzadır". /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız