Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
Pul yığmaq gələcək planları reallaşdırmağın ilk addımıdır. Bəs qısa müddətli yığılan pullar əlavə gəlir də qazandıra bilərmi? Birbank Yığım hesabı ilə toplanan vəsait hər gün hesablanan faizlər hesabına artır. Beləliklə, gələcək planlar üçün ayırılan vəsait sadəcə kənarda qalmır, sahibinə əlavə gəlir də gətirir.
Belə ki, Birbank Yığım hesabındakı vəsaitə illik 7%, ABŞ dolları ilə isə 2,5% gəlir hesablanır. Məhsulun əsas üstünlüklərindən biri də hesablanan faizlərin hər gün balansa əlavə edilməsidir. Bu isə yalnız əsas məbləğin deyil, əvvəlki günlərdə qazanılan faizlərin də növbəti günlərdə gəlir gətirməsi deməkdir. Nəticədə hesabdakı vəsait gündəlik olaraq artmağa davam edir.
Yığım hesabı istifadəçilərə vəsaitlərini tam sərbəst idarə etmək imkanı da yaradır. Hesabı minimum 0 AZN və ya 0 ABŞ dolları ilə açmaq, istənilən vaxt vəsait əlavə etmək, eləcə də qazanılmış faizləri itirmədən ehtiyac yarandıqda hesabdan pul çıxarmaq mümkündür. Bütün əməliyyatlar Birbank mobil tətbiqi vasitəsilə bir neçə dəqiqə ərzində həyata keçirilir və hesabı istənilən vaxt rahat şəkildə izləmək olur.
Yığım hesabı gələcək planları üçün sistemli şəkildə vəsait toplamaq istəyənlər, eləcə də yığımlarının hər gün əlavə gəlir gətirməsini arzulayanlar üçün əlverişli seçimdir. İstər səyahət, təhsil, avtomobil və ya mənzil almaq məqsədilə yığım edənlər, istərsə də vəsaitini qısa müddətdə dəyərləndirmək istəyənlər bu məhsuldan rahatlıqla yararlana bilərlər.
Ətraflı məlumat üçün link:
Yığım hesabını Birbank mobil tətbiqində "Əmanətlər" bölməsindən "Yığım hesabı aç" seçimi ilə və ya ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşaraq asanlıqla açmaq mümkündür.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar