Kapital Bank "Mashreq Bank"la 105 milyon dollarlıq saziş imzaladı

Kapital Bank Ölkənin birinci bankı Kapital Bank beynəlxalq maliyyə bazarlarından növbəti sindikatlaşdırılmış maliyyələşməni cəlb edib. Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı maliyyə institutlarından biri olan "Mashreq Bank"la ikinci kredit sazişini Bakıda imzalayıb. Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı Direktor Fərid Hüseynov və "Mashreq Bank"ın İcraçı vitse-prezidenti, Beynəlxalq Maliyyə İnstitutları üzrə rəhbər Aziz Ata tərəfindən imzalanan sazişin ümumi həcmi 105 milyon ABŞ dolları ekvivalentindədir.
Maliyyələşmənin 80 milyon ABŞ dolları və 42,5 milyon manatlıq hissəsi müvafiq olaraq xarici və milli valyutada cəlb olunub. Əməliyyatın Azərbaycan manatı ilə də həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq maliyyə institutlarının milli valyutada belə bir maliyyələşmədə iştirakı ölkənin maliyyə bazarının, beynəlxalq tərəfdaşlarla əlaqələrinin inkişafını və Kapital Bank-a göstərilən etimadı əks etdirir.
1967-ci ildən fəaliyyət göstərən "Mashreq Bank" Birləşmiş Ərəb Əmirliklərinin aparıcı maliyyə qurumlarından, Yaxın Şərq və Şimali Afrika regionunun tanınmış banklarından biridir. Tərəflər arasında ilk sindikatlaşdırılmış kredit sazişi 2025-ci ildə Dubayda imzalanıb və 50 milyon ABŞ dolları təşkil edib.
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov rəsmi sosial şəbəkə hesabında sazişin əhəmiyyətini belə şərh edib: "Bu yeni saziş qlobal maliyyə institutlarının bankımıza olan davamlı etimadının və tərəfdaşlığımızın uzunmüddətli xarakter daşıdığının bariz göstəricisidir".
Fərid Hüseynov bildirib ki, "Mashreq Bank"la yanaşı, Körfəz, Avropa və Mərkəzi Asiya regionlarının maliyyə qurumları ilə ardıcıl əməkdaşlıq Kapital Bank-ın qlobal maliyyə ekosistemində etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
Bir ekosisteminin aparıcı maliyyə qurumu olan Kapital Bank beynəlxalq tərəfdaşlıqlarını genişləndirməklə ölkənin maliyyə sektorunun qlobal maliyyə bazarları ilə əlaqələrinin inkişafına töhfə verir.  
saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.  / azxeber.com

İqtisadiyyat       Tarix: 27 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

Biznes krediti seçərkən diqqət edilməli əsas 7 məqam

Sahibkar biznesini inkişaf etdirmək, yeni avadanlıqlar əldə etmək, məhsul ehtiyatını artırmaq və ya fəaliyyət sahəsini genişləndirmək üçün əlavə maliyyə vəsaitinə ehtiyac duya bilər. Biznes krediti bu planları həyata keçirməy

Avtomobil almaq istəyənlərə əlavə xərc: Gömrük rüsumu bazara necə təsir edir?

Azərbaycanda avtomobil idxalının həcminə təsir edən amillərdən biri də gömrük rəsmiləşdirilməsi zamanı yaranan əlavə xərclərdir. Xaricdən avtomobil almaq istəyən vətəndaşlar yalnız maşının satış qiymətini deyil, gömrük rüsumu

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildi

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

Onlara gündə 100 manat ödəniləcək

Azərbaycanda keçirilən beynəlxalq idman tədbirlərində baş hakimə gündə 100 manat, hakimlər briqadasının hər üzvünə və yarışın baş katibinə isə gündə 50 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulur. -a istinadla xəbər veri

2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq

Dünya bazarında neftin qiymətində baş verən dəyişikliklər neft ixrac edən ölkələrin iqtisadiyyatına birbaşa təsir göstərir. Xüsusilə Azərbaycan kimi enerji resurslarından əhəmiyyətli gəlir əldə edən ölkələr üçün bu dəyişikliklə

Azercell-in "30 il səninlə" lotereyasında 2 abunəçi isə Toyota Corolla Cross qazandı

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyasında hədiyyə sevinci davam edir! Fakturasız xətt abunəçiləri arasında 11 və 17 noyabr tarixlərində keçirilən növbəti iki tirajın nəticələrin

Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

Birbank müştərilərinə alış-veriş xərclərini daha rahat planlaşdırmaq üçün yeni fürsət təqdim edir. 4 noyabr-4 dekabr 2026-cı il tarixlərində reallaşdırılan kampaniya çərçivəsində minlərlə partnyor mağazada "Böl-ödə"

Qızıl kəskin ucuzlaşdı

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün nəzərdə tutulmuş qızıl füçersinin dəyəri 2025-ci il sentyabrın 2-dən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 3 550 dollardan aşağı həddə geriləyib. -a istinadə


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video en son xeberler bu gun cəbhədən ən son xəbər maşın realiti şou