Putin Abbas Abbasovu Azərbaycana göndərməyə bilər, çünki... - SENSASİON MƏQAMLAR

Putin Abbas Abbasovu Azərbaycana göndərməyə bilər, çünki... - SENSASİON MƏQAMLARXəbər verdiyimiz kimi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində R.Mehdiyev və digərləri barəsində "dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər" ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Məlumdur ki, Abbas Abbasov uzun illərdir Rusiya vətəndaşıdır və bu ölkədə yaşayır. Belə olan halda qanunla Abbasovun Azərbaycana gətirilməsi mümkündürmü?
Mövzunu KONKRET.az-a vəkil Turan Abdullazadə şərh edib:
"Əgər Abbas Abbasov Rusiya Federasiyasının vətəndaşıdırsa, bu zaman əsas hüquqi maneə ortaya çıxır. Rusiya Federasiyasının Konstitusiyası və digər qanunvericilik aktlarına əsasən, Rusiya Federasiyası öz vətəndaşlarını xarici dövlətlərə ekstradisiya etmir. Rusiya vətəndaşıdırsa, o zaman Azərbaycana ekstradisiyası praktik olaraq mümkün deyil. Hətta ağır cinayətlər üzrə belə Rusiya bu mövqedən geri çəkilmir. Burada əsas məsələ Rusiya Federasiyasının öz daxili təşəbbüsü və Azərbaycan Respublikasına bununla bağlı yardım edib-etməyəcəyidir. Yəni, Rusiya istərsə, Abbas Abbasovun təhvil verilməsi təmin oluna bilər.
Putin Abbas Abbasovu Azərbaycana göndərməyə bilər, çünki... - SENSASİON MƏQAMLARLakin aşağıdakı hallarda nəzəri imkan yarana bilər:
— Abbas Abbasov Rusiya vətəndaşlığından çıxarılarsa;
— Və ya üçüncü ölkəyə səfər edərsə (məsələn, Türkiyə, Avropa ölkəsi) və orada saxlanılarsa;
— və Həmin ölkələr ilə Azərbaycanın ekstradisiya müqaviləsi varsa;
Praktikada çox vaxt belə hallar üçün "beynəlxalq axtarış" (Interpol Red Notice) elan edilir və şəxs üçüncü ölkədə saxlanılır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 17 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber hava sonxəbərlər ən son xəbər