Putin bağlı qapı arxasında ad çəkdi: "Bu ölkələri də işğal edə bilərik" – Sensasiya
Rusiya və Ukrayna arasında müharibə şiddətləndiyi vaxt Vladimir Putinin 2014-cü ildə gələcəkdə işğal edəcəyi 5 Avropa Birliyi ölkəsini siyahıya əlavə etdiyi üzə çıxıb.
KONKRET.az xəbər verir ki, alman mətbuatında yer alan xəbərdə Ukraynanın 2014-cü ildə AB-yə üzv olmaq istədiyini açıqlamasından sonra Putinin həmin ilin sentyabrında bağlı qapılar arxasında keçirilən görüşlərdə 5 ölkəni işğal edəcəyi ilə hədələdiyi bildirilib.
Xüsusilə, o zaman Ukrayna rəhbərinə xəbərdarlıq edilən ölkələrin Polşa və Rumıniya, həmçinin Estoniya, Latviya və Litva olduğu deyilib.
"Suddeutsche Zeitung" qəzeti Putinin Ukraynanın o zamankı prezidenti Pyotr Poroşenkoya bu barədə xəbərdarlıq etdiyini yazıb.
"Mən istəsəm, rus ordusu təkcə Kiyevi yox, Riqa, Vilnüs, Tallin, Varşava və Buxaresti iki günə işğal edə bilər", – Putin Poroşenkoya deyib.
Latviyalı diplomat və Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovkis də bundan əvvəl "Politico"ya Putinin hücumlarının genişlənə biləcəyinə işarə edib.
"Putin Ukraynadan qələbə ilə ayrılsa, hərbi hədəflərini artırıb Baltikyanı ölkələr – Litva, Latviya və Estoniyaya hücum edə bilər. Ukraynanı dəstəkləməsək, bu müharibə orada dayanmayacaq", – diplomat söyləyib. Teleqraf.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Kanalda yeniyetmə boğuldu
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
Banklara gedənlər üçün vacib xəbər: Valyutaların alış-satış qiymətləri
Azərbaycan nefti bahalaşdı
Müşfiqabadda yaşayış binasında yanğın olub
"Neftçi"dən böyükhesablı qələbə
Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
Bu məhsullar gömrük rüsumundan azad edilir