"Putin bütün hərflər üzrə plan qura bilər, lakin o uğur qazana bilməyəcək" – AÇIQLAMA

Bu günlərdə ABŞ rəsmiləri "The Wall Street Journal"a bildirib ki, Rusiya Prezidenti Vladimir Putin artıq paytaxtı ələ keçirmək niyyətində deyil. Məlumatda qeyd olunur ki, Putin Ukraynadakı döyüşlərin üç həftədən artıqdır davam etdiyini nəzərə alaraq, müharibə ilə bağlı taktikasını dəyişib. O, Kiyevi cənub və şərq ərazilərini təslimə məcbur etmək istəyir. Məmur qeyd edib ki bu, Putinin "B planı"dır və bununla Qərbi Rusiya ilə Krım yarımadası arasında "quru körpü" yaratmaq, həmçinin Donbas üzərində nəzarəti genişləndirmək istəyir.
Bəs görəsən, Putin "A planı"nı niyə dəyişdi? Yeni taktikası ilə o, "uğur" qazana biləcəkmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Rusiya lideri hərbi planını dəyişməyə məcbur oldu:
"Putin ilkin mərhələdə Kiyevi almaq və bununla da məsələni qısa bir vaxtda yekunlaşdırmaq istəyirdi. Çünki Kiyev Ukraynanın mərkəzidir. Mərkəz alındıqdan sonra digər regionlar özü təslim olacaqdı və Rusiya Ukraynanı tamamilə işğal edəcəkdi. Lakin Putinin qoşunları nəinki Kiyevi, heç üçüncü və dördüncü dərəcəli şəhərləri də ala bilmədi.
Məsələn, Xarkov, Lvov, Odessa kimi şəhərlər uğrunda ciddi müharibələr getsə də, rus qoşunları həmin şəhərləri tuta bilmədi. Yəni Putinin Kiyev planı baş tutmadı. Rusiya lideri hərbi planını dəyişməyə məcbur oldu və indi Ukraynanın cənub-şərq regionlarını tutmağa çalışır. "A planı", yəni Kiyevi işğal cəhdi Putinin maksimumu idi və o, buna nail ola bilmədi. İndi Putin Krıma Mariupol və Donetsk vasitəsilə quru yolu açmağa çalışır".
Politoloq qeyd edib ki, Rusiya liderinin yeni planı da uğursuzluğa düçar olacaq:
"Putin özxoşuna "B planı"na keçmədi. O, buna məcbur edildi. Lakin şimal qonşumuzun yeni planının uğurlu olması Ukrayna və Qərbdən asılı olacaq. Ukraynaya yardım getdikcə artır. Rusiyanın isə vəziyyəti getdikcə pisləşir. Sanksiyaların tətbiqi və hərbi sursatın tükənməsi Rusiyanın gücünü tükəndirir. Putin latın əlifbasında olan bütün hərflər üzrə plan qura bilər, lakin o uğur qazana bilməyəcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 21 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari cəbhədən son dəqiqə az xeber xeber