"Putin dayanmayacaq! Nə qədər ki, o, sağdır, Ukraynanı işğaldan əl çəkməyəcək" - SƏRT AÇIQLAMA
"Döyüş meydanında qələbədən başqa hər şey mənim üçün təslim olmaq deməkdir".
KONKRET.az xəbər verir ki, bunu Ukraynanın keçmiş Baş naziri Yuliya Timaşenko Ukrainskaya Pravda-ya verdiyi müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı verilən suala cavab olaraq bildirib.
Timaşenko Baş nazir olduğu vaxt Putinlə apardığı danışıqlardan da bəhs edib:
Baş nazir kimi dəfələrlə mübahisə etmək və razılığa gəlməyə çalışmaq imkanım olub. Buna görə də bu gün sizə açıq şəkildə deyəcəyəm: Putin dayanmayacaq! Nə qədər ki, o, sağdır, heç vaxt Ukraynanı işğaldan əl çəkməyəcək. Nəinki Donbas, nəinki Krım, nəinki ayrı bir ərazini – bütünlükdə Ukraynanı işğal etməyənə qədər dayanmayacaq. Ona görə də, bu gün mən tam anlaşıqlı danışıram, danışıqlar aparılmamlıdır".
Yuliya Timaşenko bildirib ki, danışıqlar sülh və sülhə aparan yol deyil sadəcə imitasiyadır:
"Çünki Putin sülh yönümlü danışıqlar aparmır. Anlamalı olduğumuz budur. Danışıqlar sülhə aparan yol və sülhün məqsədi deyil, sadəcə imitasiyadır. Bunlar ordumuzu ruhdan salan danışıqlardır. Bu, sülh danışıqları deyil, bizi zəiflətməyin texnologiyasıdır. Onların bizə qoyduğu şərtlər suverenliyimizi məhv edir. Başa düşməliyik ki, bu gün Ukraynada sülhün əsas təminatçısı yalnız Ukraynanın özü və Silahlı Qüvvələridir".
Vəsilə İbrahim,
KONKRET.az

Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Kanalda yeniyetmə boğuldu
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
Banklara gedənlər üçün vacib xəbər: Valyutaların alış-satış qiymətləri
Azərbaycan nefti bahalaşdı
Müşfiqabadda yaşayış binasında yanğın olub
İsmayıllıda avtomobil ayını vuraraq öldürüb
Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı
Sabunçuda obyektdən 4 min manatlıq noutbuk oğurlanıb
"Neftçi"dən böyükhesablı qələbə