"Putin dünyaya meydan oxuyur, Brüssel görüşü son şans ola bilər " - ÖZƏL AÇIQLAMA

Bu gün Rusiya hərbçiləri Ukraynanın Kramatorsk şəhərində ağ fosforlu silahdan istifadə ediblər. Bu barədə Patrul Polis İdarəsinin rəisinin birinci müavini Aleksey Beloşitski məlumat verib. O, həmçinin, qeyd edib ki, tərkibində ağ fosfor olan silahların beynəlxalq müqavilələrə (Bəzi Adi Silahlar haqqında Konvensiyaya III Protokol) əsasən, məskunlaşma əraziləri daxilində və ya yaxınlığında yerləşən hərbi hədəflərə qarşı istifadə edilməsi qadağandır.
Bəs görəsən, qadağan olunmuş silahlardan istifadə etmək Rusiyaya nəyin bahasına başa gələcək? Bu məsələyə beynəlxalq reaksiya necə olacaq?e
Mövzu ilə bağlı KONKRET.az-ın suallrını politoloq Fəqani Məhərrəmli cavablandırıb.
O bildirib ki, beynəlxalq aləmin sözügedən məsələyə nəticə doğuracaq reaksiya verəcəyi inandırıcı görünmür:
"Rusiya-Ukrayna savaşının görünən və görünməyən, açıq-gizli tərəfləri, aktyorları var. Bu savaşın səbəbləri fərqli olduğu kimi, nəticələri də fərqli olacaq. İndiyə kimi təkcə Rusiya deyil, digər hərbi güclər də müxtəlif savaşlarda, hətta xalq üsyanlarında belə qadağan olunmuş silahlardan istifadə ediblər. Təssüf ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər bu tip insanlıq əleyhinə baş verən cinayətkarlığa qarşı yalnız qınama qərarları verməklə kifayətləniblər. 44 günlük Vətən müharibəsində erməni hərbi maşınının da qadağan olunmuş silahlardan dəfələrlə istifadə etməsinə baxmayaraq, biz beynəlxalq təşkilatların və öncül dövlətlərin yalnız susqunluğunu müşahidə etdik. Ukraynada da eyni mənzərəyə şahidlik edirik. Beynəlxalq aləmin bundan sonra daha sərt, daha effektiv və nəticə doğuracaq reaksiya verəcəyi inandırıcı görünmür".
Politoloq əlavə edib ki, beynəlxalq hüquq və qınaq müharibə başladığı an öz təsirini itirir, boş vəd olaraq qalır:
"Eyni zamanda İkinci Dünya müharibəsinin qaliblərinin yaratmış olduqları beynəlxalq qurum və təşkilatlar artıq öz güvənini, modernliyini itirərək zamanlarını doldurub. Dünya çox dəyişib, yeni beynəlxalq hüquqa və qurumlara ciddi ehtiyac yaranıb. Bu gün insanlıq nəinki lokal məkanlarda istifadə olunan ağ fosfor bombalarının, hətta nüvə müharibəsinin qorxusunu yaşayır. İki gündən sonra, martın 24-də Brüsseldə keçiriləcək NATO dövlət başçılarının toplantısı bu fəlakətləri önləyə biləcək, bəlkə də, son şansdır. Rusiyanın qadağan olunmuş silahlardan istifadəsinə görə qınanıb- qınanılmamasına gəldikdə isə, qeyd etdiyim kimi, bu, heç nəyi dəyişməyəcək və Rusiyanı durdurmayacaq. Rusiya Ukraynanı bir poliqon olaraq görür, hər növ silahlarını da məhz burada sınaqdan keçirir. Putin dünyaya meydan oxuyur və heç də durmaq niyyətində də deyil".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 22 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari cəbhədən son dəqiqə az xeber xeber