Putin general-polkovniki Bakıya göndərdi: Əliboş qayıdacaq

Putin general-polkovniki Bakıya göndərdi: Əliboş qayıdacaqFevralın 25-də Azərbaycana savaş içində olan iki ölkədən – Rusiya və Ukraynadan fərqli heyətlər gəlib. Rusiya Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin rəisi, Hərbi-Kosmik Qüvvələrin silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexovun rəhbərlik etdiyi heyət Bakıda Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Namiq İslamzadə ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, silahlanma sahəsində təcrübə mübadiləsi və koordinasiya məsələlərinə toxunulub. Məlumata görə, tərəflər regional təhlükəsizlik mühiti fonunda hava qüvvələrinin inkişafı, modernləşmə prosesləri və kadr hazırlığı istiqamətində fikir mübadiləsi aparıblar. Rusiya nümayəndə heyəti həmçinin Milli Müdafiə Universitetində təşkil olunan seminarda iştirak edib. Tədbirdə müasir silah sistemləri, operativ planlaşdırma və hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
KONKRET.az xəbər verir ki. bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
"Fikrimcə, mülki təyyarəmizin vurulması və soydaşlarımıza qarşı zorakılıq halları araşdırılmadığına görə Azərbaycanın Rusiya ilə hərbi sahədə əməkdaşlıq imkanları tükənib. Bakıya gələn general-polkovnik Yuri Qrexov Ukrayna müharibəsinə görə Qərbin sanksiya siyahısındadır. Kreml Yuri Qrexova MDB ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin yaradılmasını tapşırıb. Rusiyanın 4 ildir havadan zərbələr endirdiyi Ukrayna da vaxtilə MDB üzvü idi. Rusiyanın Ermənistana ötürdüyü "İsgəndər" raketləri ilə şəhərləri vurulan Azərbaycan da MDB üzvüdür. MDB məkanında Kremlin formalaşdırmaq istədiyi hava müdafiə sistemini birinci Rusiya pozduğundan, Yuri Qrexov Bakıdan əliboş geri qayıdacaq", – o bildirib.
Politoloq xatırladıb ki, Rusiya heyəti ilə eyni gündə ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib:
"26 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək. 2022-ci ildən bu günədək ümumilikdə 498 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb. Önəmli olan budur".

Siyasi       Tarix: 26 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

İran Ermənistanda strateji yol tikir: Azərbaycanı kənar keçən marşrut formalaşır

Ermənistanın cənubunda beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Aqarak–Qacaran avtomobil yolunun 32 kilometrlik hissəsinin tikintisi davam edir. KONKRET.azbakupost-a istinadən xəbər verir ki, bu barəd

Azərbaycanın neçə ölkədə səfirliyi var? - XİN-dən açıqlama

"Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 93-dür". Bunu -un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. . O bildirib ki, Azərbayca

Livan İsraillə danışıqlarda "pilot zonalar" yaradılmasını təklif etdi

Livan nümayəndə heyəti Romada ABŞ-ın vasitəçiliyi ilə İsrail tərəfi ilə keçirilən növbəti danışıqlar raundunda İsrail qüvvələrinin çıxarılacağı yeni "pilot zonalar"ın yaradılmasını müzakirəyə təklif edib. Bu barəd

Paşinyandan Qırğızıstanda şok etiraf

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin gələcəyi ilə bağlı son dövrlərin ən mühüm bəyanatlarından birini verib. Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxış edən Baş nazir birbaş

Ordubad RİH-ə yeni başçı təyin edildi

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısını

Donald Trampdan ŞOK AÇIQLAMA: "İran rəhbərliyi inanılmaz dərəcədə..."

Amerika lideri Donald Tramp "Truth Social" səhifəsində İrandakı hakimiyyətin davranışlarını sərt şəkildə tənqid edib və Vaşinqtonun Tehranla bağlı sərt mövqeyini açıqlayıb. KONKRET.azxəbər verir ki, ABŞ Prezident

Azərbaycana qardaş ölkəyə nüvə silahını kim verib? – Gizli razılaşma…

İranın nüvə silahı əldə etmək istəməsi məsələsinin müzakirə edildiyi bir məqamda məşhur iddia yenidən gündəmə gəlib. Bildirilir ki, Səudiyyə Ərəbistanının mərhum kralı Faysal ibn Əbdüləziz Əl Səud Pakistanın nüvə silahı proqramın

Rubinyandan müxalifətə ironik SUAL: "Bilirsinizmi, fraksiyanız səsvermədə niyə iştirak etməyəcək?"

Ermənistan parlamentində Milli Assambleyanın sədr seçkisi öncəsi siyasi qarşıdurma yaşanıb. KONKRET.azxəbər verir ki, "Ermənistan" fraksiyası parlament sədrinin seçilməsi ilə bağlı keçiriləcək qapalı səsverməd

Azərbaycanın Pakistandakı səfiri dəyişdi

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidenti


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xəbərlər bugün kriminal son xeberler bugun 2026 muharibe son xabar