Putin həbs olunacaq? - Sentyabrın 3-də
Ukrayna Xarici İşlər Nazirliyi Vladimir Putinin səfər etməyi planlaşdırdığı Monqolustan hakimiyyətinə Rusiya prezidentinin həbsi ilə bağlı müraciət edib.
KONKRET.azxəbər verir ki, müraciət Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Nazirlik bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yurisdiksiyasını qəbul edən Monqolustan Rusiya liderini orderi icra etməyə və həbs etməyə borcludur. "Putin və Rusiya Federasiyasının digər hərbi-siyasi rəhbərliyi ədalət qarşısında çıxış etməlidir", – Ukrayna Xarici İşlər Nazirliyi qeyd edib.
Cümə günü dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin Vladimir Putinin Monqolustana gözlənilən səfəri ilə bağlı "narahatlığı yoxdur". Onun sözlərinə görə, Moskva ilə Ulan-Bator arasında əla dialoq qurulub və prezidentin səfərinin bütün aspektləri "diqqətlə hazırlanıb".
Putin sentyabrın 3-də Monqolustana rəsmi səfər edəcək. Orada dövlət başçısı Sovet və Monqolustan silahlı qüvvələrinin Xalxin-Qol çayında yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etməsi nəzərdə tutulub./Sfera.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb