Putin Mehriban Əliyevaya Azərbaycanda rus dilinə olan münasibətə görə təşəkkürünü bildirib
Putin Mehriban Əliyevaya Azərbaycanda rus dilinə olan münasibətə görə təşəkkürünü bildirib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü zamanı Azərbaycan hakimiyyətinin öz ölkələrində rus dilinin populyarlaşmasına verdiyi böyük əhəmiyyətə də diqqət çəkib.
"Dediklərinizə biganə qala bilmərəm, xüsusilə də bu, humanitar əlaqələrimizə və Azərbaycanda rus dilinə münasibətinizə aiddir".
Rusiya Prezidentinin sözlərinə görə, Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında rus mədəniyyətinə və rus dilinə münasibətə ən yüksək səviyyədə dəstək verənlərdəndir.
Bununla əlaqədar olaraq Putin Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentinin yüksək şəxsi rolunu qeyd edib:
"Biz bunu çox yüksək qiymətləndiririk. Çünki bu, sözün əsl mənasında iqtisadiyyat və humanitar münasibətlər də daxil olmaqla bütün digər sahələrdə əlaqələri inkişaf etdirməyə imkan verən bazadır. Buna görə çox minnətdarıq və öz tərəfimizdən ortaq irsimizə istiqamətlənmiş tendensiyanı dəstəkləmək üçün hər şeyi edəcəyik. Bu, insanların heç bir maneə olmadan bir-biri ilə ünsiyyət qurmasına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməsinə imkan verir."
Öz növbəsində Mehriban Əliyeva qeyd edib ki, gələcəkdə Azərbaycan hakimiyyəti bu sahəyə daha da böyük diqqət göstərməlidir:
"Yeni nəsil böyüməkdədir. Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür və bu əlaqələr, xüsusən insanlar arasında bu gün mövcud olan humanitar sahədəki münasibətlər gənc nəsil tərəfindən qorunmalı və möhkəmlənməlidir". /oxu.az

"Qızıl buts"u o qazandı
Messidən finaldakı məğlubiyyətə ilk reaksiya
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Kompüter qarşısında çalışanların nəzərinə
Vital Hospitalda ölən körpə zirzəmiyə atılıb? - Nazirlik məlumat yaydı