"Putin o zaman Ərdoğana görə 44 günlük müharibəyə qoşulmaqdan QORXDU" - Rusiyalı politoloq
"Ərdoğan Putini necə yerinə oturtmaqla bağlı master-klass göstərdi".
KONKRET.az xəbər verir ki, bu fikri publisist və politoloq Andrey Piontkovski səsləndirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kremlin rəhbəri Vladimir Putinlə necə danışacağına dair master-klass göstərib.
Bir gün öncə Moskva "taxıl sazişi"ndən çıxdığını elan etdi. Lakin Türkiyə tərəfi ilə danışıqlardan sonra qəfil mövqeyini dəyişib.
"Ərdoğanla söhbətin böyük təsiri oldu. Üstəlik, bütün qərarların və ictimai bəyanatların Türkiyə və Rusiya müdafiə nazirləri arasında təmasların nəticəsi olduğunu göstərir", – deyə analitik bildirib.
Politoloqun sözlərinə görə, Türkiyə Rusiyaya Qara dənizdə kimin sahib olduğunu və türk donanmasının nəyə qadir olduğunu xatırladıb.
Ekspert qeyd edib ki, Ərdoğan regiondakı ambisiyalarını ikinci Qarabağ müharibəsi zamanı açıq şəkildə Azərbaycanı dəstəklədiyi zaman bəyan edib.
"Putin o zaman müharibəyə getməkdən qorxdu və indi bunun səbəbini görürük.
Onda dünyanın ikinci ordusu barədə hələ də danışıqlar gedirdi.
Amma Rusiya ordusunun Ukraynadakı vəziyyəti Türkiyənin Cənubi Qafqazdakı rus qoşunları ilə nə edə biləcəyini göstərir.
O (Putin – red.) qorxdu və geri çəkildi. Onunla belə danışmaq lazımdır", – deyə politoloq bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü