Putin: "Rusiya Azərbaycan - Ermənistan münasibətlərində bəzi hadisələri diqqətdə saxlayır"
"Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərlə bağlı bəzi hadisələri diqqətdə saxlayır".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiya Federasiyası Azərbaycanla Ermənistan arasında münasibətlərlə bağlı bəzi hadisələrə diqqət çəkir.
Putinin sözlərinə görə, MDB tərəfdaşları Rusiya Federasiyası ilə Ukrayna arasında münasibətlərin inkişafından narahatdırlar, lakin bu, ölkələr arasında münasibətlərin dərinliyinə təsir etmir.
"Əlbəttə, tərəfdaşlar Rusiya-Ukrayna istiqamətində münasibətlərin gələcək inkişafı ilə maraqlanır və narahatdırlar. Ancaq bu, müzakirə mövzusudur. Düzdür, burada elə də gözlənilməz heç nə yoxdur. Mən isə bu barədə tərəfdaşlarımızı ətraflı məlumatlandırıram, öz baxışımızı söyləyirəm. Amma bu heç bir şəkildə Rusiyanın bu ölkələrlə münasibətlərinin xarakterinə, keyfiyyətinə, dərinliyinə təsir etmir", – deyə Rusiya lideri bildirib.
Putin əlavə edib ki, MDB ölkələrinin kommunikasiya formatlarına tələbat var." Bizim müttəfiqlərimiz, tərəfdaşlarımız belə formatlarda işləmək istəyirlər. Bununla bağlı heç nə dəyişməyib".
Putin həmçinin əlavə edib ki, Rusiya Federasiyası Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı bəzi hadisələri, Tacikistan və Qırğızıstan arasında baş verənləri diqqətdə saxlayır.
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü