Putin: Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edilib
Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edilib ki, bu da digər bütün ölkələrə tətbiq edilən məhdudiyyətlərin ümumi sayından təxminən iki dəfə çoxdur.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Nyu-Dehlidə keçirilən BRICS biznes forumunda bildirib .
Dövlət başçısı vurğulayıb ki , "Sərt xarici məhdudiyyətlər altında belə, iddialı məqsədlər qoymaq və onlara uğurla nail olmaq mümkündür". O, son dörd ildə Rusiyanın xarici ticarətinin coğrafiyasının kəskin şəkildə dəyişdiyini və ölkə iqtisadiyyatında başlanmış struktur dəyişikliklərinin onu daha güclü, daha davamlı və daha çevik etdiyini aydınlaşdırıb.
Qeyd edək ki, Putin sentyabrın 11-də üç günlük səfərlə Hindistana gəlib və artıq ölkənin Baş naziri Narendra Modi ilə danışıqlar aparıb .
Baş nazirin müavini Aleksandr Novak daha əvvəl Asiya-Sakit Okean regionunu Rusiyanın enerji təchizatının əsas mənbəyi kimi müəyyən etmişdi və onun sözlərinə görə, neft ixracının təxminən 80 faizi, eləcə də əhəmiyyətli miqdarda qaz və kömür bu regionun payına düşür.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar