Putin üçün qurulmuş "hörümçək toru" - SENSASİON TƏHLİL

Putin üçün qurulmuş Ukrayna kəşfiyyatının "Pauk" əməliyyatı Rusiyanın strateji aviasiyasına ağır zərbə vurdu.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə Ukrayna xüsusi xidmət orqanlarının Rusiya strateji aviasiyasına qarşı keçirdiyi son əməliyyat "Rusiya üçün Pearl Harbor" adlandırılıb. Bu bənzətmə, Kremlin gözləmədiyi anda və ciddi şəkildə zərbə alması baxımından yerində sayıla bilər. Lakin əməliyyatın hərbi-siyasi nəticələri daha da ciddi görünür.
Ən uyğun müqayisə, bəlkə də, 2022-ci ildə müharibənin üçüncü ayında Rusiya Qara Dəniz Donanmasının flaqmanı "Moskva" kreyserinin məhv edilməsi ilədir. Həmin hadisə Rusiya donanmasının döyüş gücünü ciddi şəkildə zəiflətdi və göstərdi ki, qabaqcıl hərbi texnika belə, zərbələrə qarşı həssas ola bilər. Bu zərbədən sonra Rusiya əsas dəniz qüvvələrini Krımdan və Sevastopoldan geri çəkib Novorossiyskə yerləşdirmək məcburiyyətində qaldı.
Putin üçün qurulmuş Eyni vəziyyət indi də aviasiya sahəsində təkrarlanır. Ukrayna dronlarının ardıcıl zərbələri nəticəsində Rusiya strateji bombardmançı təyyarələri Dyaqilyevo (Ryazan), Şaykovka (Kalujsk) və Engels (Saratov) aerodromlarından daha uzaq bazalara – Olenya (Murmansk vilayəti) və Belaya (İrkutsk vilayəti) bazalarına köçürülüb. Bu təyyarələri qorumaq üçün zənit raket kompleksləri yerləşdirilib. Lakin son hücum daha kiçik və sadə dronlarla həyata keçirilib ki, onlara qarşı ağır zenit silahlarından istifadə etmək səmərəsizdir.
İtkilər hələ dəqiq hesablanmasa da, onların bərpası mümkünsüzdür. Müasir Rusiyada strateji bombardmançı təyyarələrin istehsalı mümkün deyil. İstifadədə olan hava texnikası əsasən sovet dövründən qalıb, qismən modernləşdirilsə də, tez-tez sıradan çıxır. İndi isə bu köhnə "Tuşka"lar – Tu-95 və Tu-160 – ciddi şəkildə sıradan çıxarılıb. NATO ilə müharibə üçün nəzərdə tutulan, nüvə daşımaq qabiliyyətində olan bu bombardmançılar, nüvə silahı olmayan bir ölkənin – Ukraynanın – ucuz, lakin effektiv texnologiyası ilə məhv edilib.
ABŞ Pearl Harbor zərbəsindən sonra güclənib qalib gəldi, amma Rusiya fərqli trayektoriyadadır. Müharibənin dördüncü ilində aydındır ki, Rusiya ordusu artıq potensialının zirvəsini keçib. Kadr, resurs və texniki ehtiyatların azalması fonunda Vladimir Putin müharibəni bitirmək üçün təklif edilən fürsətlərdən imtina edir – xüsusən Donald Trampın vasitəçi olmaq niyyətinə baxmayaraq.
Putin üçün qurulmuş Müharibənin yaxın vaxtlarda bitəcəyi ilə bağlı ümidlər getdikcə puç olur. Əksinə, qarşıdurma yeni mərhələyə – qarşılıqlı qəzəb və intiqam mərhələsinə qədəm qoyur. Ukrayna isə bu mübarizədə NATO-nun belə malik olmadığı döyüş təcrübəsi və texniki innovasiyalar nümayiş etdirir. Artıq Qərbdə də getdikcə daha çox səslənən fikir budur: Ukrayna NATO üçün daha dəyərlidir, nəinki NATO Ukrayna üçün. Trampın tez-tez təkrar etdiyi "Zelenskinin kartları yoxdur" fikri isə getdikcə daha mənasız, hətta qorxaqcasına səslənir.
Mənbə: https://haqqin.az/news/349958
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 02 iyun 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugun xeberler sonxəbərlər şou biznes xəbərləri